SƏNAYE

"AzerGold" qızıl və gümüş satışından əldə etdiyi VƏSAİT
13 OKTYABR
222

"AzerGold" qızıl və gümüş satışından əldə etdiyi VƏSAİT

2017-10-13 15:52:00

AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və gümüş satışından 62 milyon dollardan artıq vəsait əldə edib.

Bildirilir ki, “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinin fəaliyyətini bərpa etmiş və mədəndə qızıl və gümüş hasilatı uğurla həyata keçirilir. Cəmiyyət tərəfindən əməliyyat proseslərində aparılan optimallaşdırma işləri nəticəsində mədənin fəaliyyətində səmərəlilik əldə olunaraq, hasilatın gücü artırılıb. Cari ilin sonunadək hasilatın daha da artırılması gözlənilir.

Dövlət şirkəti Çovdar filiz emalı sahəsinin ikinci – yeraltı qızıl hasilatı mərhələsinə start verib. Bu məqsədlə filiz emalı sahəsinin ikinci mərhələsinin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. Cəmiyyət digər rayonlarda yerləşən filiz sahələri və mədənlərdə də paralel olaraq tədbirlər görür. Ölkənin, həmçinin regionun ən böyük əlvan filiz mədəni olan Filizçay mədənində də işlərə başlanılıb. Balakən rayonunda yerləşən bu mədəndə ilkin iqtisadi dəyərləndirmə və hazırlıq işlərinin aparılması üçün dünyaca nüfuzlu şirkətlərlə əməkdaşlıq edilir. Filizçay – həm nəhəng resurslara malik, həm də ən mürəkkəb yataqlardan biridir.

“AzerGold” QSC fəaliyyətdə olan mədənlərin işlənməsi, həmçinin yeni əlvan metal yataqların axtarışı, tapılması istiqamətində fəal kəşfiyyat və araşdırma işləri aparır. Hazırda ölkəmizə gətirilmiş müasir avadanlıqlar vasitəsilə Azərbaycanın bir neçə regionunda geofiziki tədqiqatlar və genişmiqyaslı buruq qazma işləri üzrə kəşfiyyat proqramı uğurla həyata keçirilir.

Cəmiyyətin məqsədi qeyri-neft sektorunun inkişafı, o cümlədən milli iqtisadiyyata xarici valyutanın daxil olmasında mühüm rol oynamaqdır. Belə ki, “AzerGold” QSC tərəfindən aprel-oktyabr aylarında həyata keçirilən 6 ixrac üzrə 48 min 800 unsiya qızıl və 68 min 400 unsiya gümüş dünya metal birjalarında satılaraq, ümumilikdə 62 milyon 250 min ABŞ dollarına yaxın (105.8 milyon manat) gəlir əldə edilib.

Cəmiyyət iqtisadi maraqlarla yanaşı, dövlətin sosial yönümlü siyasətinə uyğun yeni iş yerləri yaradır və regionların inkişafında öz töhfəsini verməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296