SƏNAYE

Ötən ay Ceyhan limanından 2 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb
02 AVQUST
196

Ötən ay Ceyhan limanından 2 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb

2017-08-02 17:20:00

Bu ilin iyul ayında 2 416 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. 

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, bunun 1 milyon 678 min 704 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumilikdə yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 707 802 ton təşkil edib. BTC istismara verilən gündən 2017-ci il avqust ayının 1-nə qədər isə Ceyhan limanından 334 542 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295