SƏNAYE

"Gilan Tekstil Parkı"nın ixracı artdı
11 İYUL
266

"Gilan Tekstil Parkı"nın ixracı artdı

2017-07-11 15:14:00

"Gilan Tekstil Parkı" MMC cari ilin I yarısında 6,6 mln. dollar dəyərində olan məhsul ixrac edib. Fins.az xəbər verir ki, bu barədə MMC-nin rəhbəri Mehriban Axundova bildirib.

"2016-cı il ərzində "Gilan Tekstil Parkı" ümumi dəyəri 5,6 mln. dollar olan məhsul ixrac etdiyi halda, cari ilin birinci yarısında şirkət tərəfindən 6,6 mln. dollarlıq məhsul ixrac olunub", - deyə M. Axundova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ixracatın stimullaşdırılması nəticəsində "Gilan Tekstil Parkı"nın ixrac potensialı ikiqat artıb.

"Gilan Tekstil Parkı" 2012-ci ildən fəaliyyətə başlayır. Şirkətin ticarət nişanı olan "Giltex" məhsulları 100% Azərbaycan pambığındandır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288