SƏNAYE

Bu gündən işığa qənaətə keçilir
01 DEKABR
703

Bu gündən işığa qənaətə keçilir

2016-12-01 10:06:00

Bu gündən enerji tarifləri yeni qiymətlərlə hesablanacaq. Fins.az xəbər verir ki, Tarif Şurasının bununla bağlı qərarı dekabrın 1-dən qüvvəyə minir.

Xatırladaq ki, yeni qərarla əhalini qrupu üzrə işığın qiyməti 7 qəpik səviyyəsində saxlanılib. Əgər abonnentlər ayda 250 kilovat-saatdan artıq istifadə edərsə, həmin həcmin 250 kilovat-saatdan çox olan hissəsi üçün ödənişlər 11 qəpikdən hesablanacaq. Enerjinin bir kilovat-saat üçün topdansatış tarifi isə 5,7 qəpik təsdiq edilib. "Azərişıq" ASC-nin məlumatına görə, əhali qrupundan olan abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Bu baxımdan, diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274