SƏNAYE

Belarusiyalılar Gəncədə aqrar-sənaye kompleksi tikəcək
21 NOYABR
179

Belarusiyalılar Gəncədə aqrar-sənaye kompleksi tikəcək

2016-11-21 14:20:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belarusiyalı nümayəndə heyətini qəbul edib.

E. Vəliyev Gəncə şəhərində 6 min hektar sahədə modern aqrar-sənaye kompleksin tikintisinə belaruslu mütəxəssislərin cəlb olunmasını bu sahənin inkişafına təkan verəcəyini bildirib.

Belarusiyanın Kənd Təsərrüfatı nazirinin birinci müavini Mariniç Leonid Adamoviç vurğulayıb ki, səfərin əsas məqsədi əməkdaşlığın növbəti mərhələlərini müzakirə etməkdir. Belarusiya Kənd Təsərrufatı Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin imzaladığı memaranduma əsasən Gəncədə aqrar-sənaye kompleksi tikiləcək. 6 min hektar ərazini əhatə edəcək kompleksin 2017-ci ildə tikilib təhvil verilməsi nəzərdə tutulub. Layihənin icra ediləcəyi əzaridən torpaq nümunələri götürülərək onun məhsuldarlığı və kimyəvi elementləri yoxlanılacaq. Kompleksdə iri buynuzlu heyvanlardan alınan süddən yerli əhali və region əhalisi üçün süd və süd məhsulları istehsal olunacaq.

Kompleksin yaradılması ilə bağlı birgə əməkdaşlığa dair görüşün yekununda Memorandum imzalanıb. Memorandumu E. Vəliyev və M. Leonid Adamoviç imzalayıb. Sonda qarşlıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275