SƏNAYE

QDTİB: “İstehsalat, aqrobiznes və digər firmaları dəstəkləmək istəyirik”
18 NOYABR
218

QDTİB: “İstehsalat, aqrobiznes və digər firmaları dəstəkləmək istəyirik”

2016-11-18 14:40:00

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti İhsan Uğur Delikanlı ilə müsahibəsi.

– QDİTB-nin Azərbaycandakı strategiyası və biznes prioriteləri nədən ibarətdir?

– Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq, bank böyük şaxələndirməni irəli aparmağa yardım edərək qeyri-neft iqtisadiyyatını dəstəkləmək niyyətindədir. Bu məqsədlə qeyri-neft iqtisadiyyatının əsas hissəsini təşkil edən kiçik və orta müəssisələri dəstəkləmək üçün Azərbaycan bankları ilə fəaliyyətə yönəlmişik. Bundan başqa, istehsalat, aqrobiznes və digər firmaları dəstəkləmək istəyirik. Onlar iqtisadiyyatın bir qədər az inkişaf edən sahələrində yeni iş yerlərinin açılmasına şərait yaradacaqlar.

– Bankın Azərbaycandakı portfelinin bu günədək inkişafını necə qiymətləndirirsiniz? Nəyə daha çox xüsusi əhəmiyyət vermək və ya dəyişmək istəyərdiniz?

QDTİB 2011-2014-cü illər üçün Azərbaycan üzrə strategi çərçivəsində fəaliyyətinin genişləndirilməsində böyük uğurlara nail olub. €150 mln. dəyərində layihələr təsdiq edilib və yeni öhdəliklər € 120 mln. təşkil edib – bütün bunlar dünya iqtisadiyyatında yüksək qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdə baş verib. 2015-ci ildə isə biz €69 mln. məbləğində yeni öhdəliklər aldıq. Biz hadisələrin bu cür inkişafından və portfelimizin artmasından razı idik. Beləliklə, Azərbaycan indi € 125 mln. məbləğində hələ ödənilməmiş maliyyə vəsaitli əməliyyatlarımızın həcminə görə dördüncü ölkədir.

Biz həmçinin Azərbaycan üçün yeni stabil əməliyyatlar kanalına malik olmaqdan məmnunuq. Bu, bizə 2016-cı ilin ilk bir neçə ayı ərzində iqtisadi sarsıntılara və gözlənilən resessiyaya baxmayaraq, respublika bazarında aktiv iştirakı qoruyub saxlamağa imkan verməlidir. Biz xüsusilə regional əməkdaşlıq üçün nəzərəçarpan faydanın olduğu layihələrdə iştirak etmək istərdik.

– Yaxın illərdə Azərbaycanla bağlı nə kimi məqsəd və planlarınız var?

2015-2018-ci illər üçün öhdəliklər üzrə hədəfimiz €92- €138 mln. arasında dəyişir. Biz bu hədəflərə aparan yoldayıq, həmçinin indiki azalmanı nəzərə alaraq və “kontrtsiklik” yanaşmanı əsas götürərək Azərbaycan firmalarına potensiallarını reallaşdırmaq üçün maliyyə vəsaiti əldə etməkdə kömək etməyə çalışırıq. Onu da deyə bilərəm ki, biz istehsal və aqrobiznes kimi sektorlarda fəaliyyət göstərən firmalarla birbaşa əməkdaşlığa üstünlük verəcəyik, habelə SME-yə daha səmərəli çıxış üçün yerli maliyyə institutları ilə əməkdaşlığı davam edirəcəyik. Bundan başqa, nəqliyyat, telekommunikasiya, su təchizatı və çirkab sularının təmizləməsi kimi sahələrdə infrastrukturun inkişafına dəstək göstərməyə çox şad olacağıq.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271