SƏNAYE

"Hazırda CV toplayırıq"- Zavodun baş direktoru
06 NOYABR
2510

"Hazırda CV toplayırıq"- Zavodun baş direktoru

2016-11-06 20:57:00

İsmayıllıda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi “İSMA BİKES” velosiped istehsalı zavodu 2017-ci ilin I-ci rübündə tam olaraq fəaliyyətə başlayacaq.

Fins.az xəbər verir ki, bu haqda Modern.az-a “İSMA BİKES” velosiped zavodunun istehsal müdiri və baş direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev məlumat verib.

O qeyd edib ki, hazırda bir neçə işçi xaricdə təşkil edilən kurslara cəlb olunub:
“Biz hesab edirik ki, işi mükəmməl bilmək üçün xaricdə kurs keçməkdənsə, Azərbaycanda kurslar təşkil edilməsi daha məqsədəuyğundur.
Ona görə də, xaricdən dəvət olunan şəxslər proqram şəklində burda kurs keçəcəklər. İşçilər kurs müddətində həm də işləyib əmək haqqı alacaqlar”.

Zavodun indiki mərhələdə fəaliyyətinə gəlincə, E.Əliyev bildirib ki, müəssisə qismən işləyir:
“Hazırda 15 işçimiz var. İşçilər qrafikə uyğun olaraq həftə ərzində işə gəlirlər və işə cəlb olunanlar əmək haqqı alırlar.
Yeni işçilərdən də cv-lər qəbul olunur, danışıqlar aparılır. Hamılıqla proqramın təsdiq olunmasını gözləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275