SƏNAYE

Pirallahıda əczaçılıq zavodunun təməli qoyulub
02 NOYABR
228

Pirallahıda əczaçılıq zavodunun təməli qoyulub

2016-11-02 12:29:00

Bu gün Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub. Fins.az xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulskinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. 
Rəsmi şəxslərlə yanaşı, tədbirdə zavodun səhmdarları olan Azərbaycan İnvestisiya Şirkəti, "Vita-A", Rusiyanın "R-Farm" şirkətinin nümayəndələri də iştirak edib. "Hayat Pharm" adlanacaq zavodun tikintisinə 74 mln. dollar yatırılacaq. İqtisadiyyat naziri Şahin Mustafayev bildiri ki, əczaçılıq şirkəti 2020-ci ildə tam fəaliyyətə başlayacaq. 

Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.

Nazir bildirib ki, zavodun illik istehsal gücü 22,5 mln. qutu və ya 500 mln. ədəd həb və kapsul təşkil edəcək: "Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Bu, onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemləri təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar olacaq".

Ş.Mustafayev qeyd edib ki, bu layihə mərhələli şəkildə aparılacaq: "Bu ilin axırından logistik infrastrukturun yaradılması istiqamətində işlər görüləcək. İlin sonunda dərmanların Azərbaycana idxalı, gələn ildən isə istehsal sahələrinin yaradılması üzrə işlərə başlanılacaq. Bu, Azərbaycanda yeni bir sahənin açılışı deməkdir və qeyri-neft sektorunun inkişafına xidmət edir. Layihə çərçivəsində 200-dən çox iş yeri yaradılacaq".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270