SƏNAYE

BP-nin mənfəəti 49 faiz azalıb
01 NOYABR
199

BP-nin mənfəəti 49 faiz azalıb

2016-11-01 14:02:00

Dünyanın enerji nəhənglərindən biri olan “BP Plc.” şirkətinin bu ilin üçüncü rübündəki xalis mənfəəti neftin qiymətinin ucuzlaşmasının təsiri ilə 49 faiz geriləyib.

Bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, şirkətin bu ilin üçüncü rübündəki mənfəəti keçən ilin eyni dövründəki 1,8 milyard dollara nisbətdə 933 milyon dollara geriləyib.

“Bloomberg” sorğusunda iştirak edən analitiklər isə BP-nin xalis mənfəətinin 719,2 milyon dollar olacağını proqnozlaşdırırdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272