SƏNAYE

SOCAR “Made in Azerbaijan” məhsullarını təqdim edəcək
19 OKTYABR
328

SOCAR “Made in Azerbaijan” məhsullarını təqdim edəcək

2016-10-19 14:54:00

SOCAR-ın yanacaqdoldurma məntəqələrində (YDM) “Made in Azerbaijan” brendli məhusllar olan rəflər təqdim olunacaq.

Bu haqda Bakıda keçirilən “Qeyri-neft ixracı: bugünkü çağırışlar və yeni imkanlar” adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib.

Nazirin sözlərin görə, hal-hazırda hansı məshulların “Made in Azerbaijan” brendi altında irəli sürüləcəyi müəyyən edilir.

Həmçinin hal-hazırda ixracla bağlı məlumat bazasının – artıq sınaq rejimində fəaliyyət göstərən elektron portalın yaradılması ilə bağlı iş davam edir.

Xatırladaq ki, SOCAR Azərbaycanda, Gürcüstanda, Ukraynada, Rumıniyada və İsveçrədəki YDM-ləri vasitəsi ilə neft məhsullarının pərakəndə satışı ilə məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275