SƏNAYE

SOCAR-a "Avrasiya" layihəsində iştirak etməyi təklif gəlib
06 OKTYABR
199

SOCAR-a "Avrasiya" layihəsində iştirak etməyi təklif gəlib

2016-10-06 12:16:00

Qazaxıstan SOCAR-a "Avrasiya" - Xəzəryanı çökəklikdə regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirak təklif edilib.

Bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir 

Nazirin sözlərinə görə, bu layihə çərçivəsində Xəzəryanı çökəklikdə, təxminən 7-9 km. dərinlikdə karbohidrogen yataqlarının kəşf edilməsi məqsədilə 15 km. dərinliyə malik quyuların qazılması nəzərdə tutulub: "Rusiyanın "Lukoil", "Rosneft", Böyük Britaniyanın "Shell", ABŞ-ın "Chevron", Çinin isə CNPC neft-qaz şirkətləri ilə yanaşı, Azərbaycan şirkətinin də bu layihədə iştirakına maraq göstərilməsi Azərbaycan neftçilərinin geoloji kəşfiyyat, qazma sahəsində zəngin tarixi təcrübəsinə əsaslanaraq, Azərbaycana neft sənayesindəki bilgilərini bölüşmək üçün daha bir imkan yaradır".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275