SƏNAYE

Azərbaycanın neft gəlirləri 51 mln dollar azalıb
06 OKTYABR
201

Azərbaycanın neft gəlirləri 51 mln dollar azalıb

2016-10-06 10:01:00

Bir ay ərzində Azərbaycan neftinin orta ixrac qiyməti cəmi 10 sent ucuzlaşsa da, gəlirlərə təsir xeyli olub.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi-nin açıqladığı məlumata görə, BTC FOB Ceyhan tipli xam neftin 2016-cı ilin sentyabr ayında orta satış qiyməti 47,30 dollar olub.

Xatırladaq ki, cari ilin avqust ayında  BTC FOB Ceyhan tipli xam neftin avqust ayında orta satış qiyməti 47,40 dollar dəyərində idi.

Caspian Barrel Neft Şirkətinin mətbuat xidmətinə istinadən bildirir ki, SOCAR  sentyabr ayında Ceyhan limanından 942 min 882 ton xam neft ixrac edib, Supsa limanından isə – 274 min 705 ton. Avqust ayında isə bu göstəricilər müvafiq olaraq  1 milyon 273 min 708 ton və 87 min 177 ton olmuşdu.

Avqust ayında SOCAR-ın Ceyhan və Supsa limanlarından ixrac etdyi neftdən əldə etdiyi gəlirlər (bura dövlətin mənfəəət nefti də daxildir – hansılar ki, Dövlət Neft Fondunda toplanır) $477 milyon təşkil edib.

Sentyabr ayında isə SOCAR bu iki limandan $426 milyon dəyərində xam neft ixrac edib.

Cari ilin sentyabrında Ceyhan və Supsa limanlarından Azərbaycanın neft ixracı avqust ayı ilə müqayisədə 143 298 ton azalıb. Dəyər ifadəsində isə azalma $51 milyon təşkil edib.

Sentyabrda biz Ceyhan limanından neft ixracının avqusta nisbətən 330 826 ton azaldığını müşahidə edirik. Sentyabrın ilk 12 günü profilaktiki işlərlə əlaqədar Dərinsulu Günəşli platformasında BP hasilatı tam dayandırmışdı və bu zaman gündəlik olaraq 136 min barellik hasil itirilmişdi. Bu platformadan hasil edilən neft Ceyhan limanına ixrac edilirdi.

Mənbə: caspianbarrel.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271