SƏNAYE

Smart tipli sayğac koda düşdükdə nə etməli?
30 SENTYABR
804

Smart tipli sayğac koda düşdükdə nə etməli?

2016-09-30 16:15:00

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərin mənzillərində quraşdırılan yeni smart tipli sayğacların əsas xüsusiyyəti istehlakçıların qazla təminatını öncədən ödəniş etməklə həyata keçirmək və eyni zamanda təbii qazdan təhlükəsiz istifadə olunmasını təmin etməkdir. Lakin bir çox hallarda istehlakçılar təbii qazdan istifadə zamanı muvafiq təhlükəsilik qaydalarına düzgün riayət etmir, bu zaman sayğacın klapanı bağlanır, sayğac koda düşür və avtomatik olaraq təbii qazın verlişi dayanır.

Fins.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, “Azəriqaz” İB bildirir ki, proqram təminatında aparılmış müvafiq işlər nəticəsində smart tipli qaz sayğacları koda düşdükdə abonent kartları vasitəsi ilə onları işə salmaq mümkündür. Artıq abonentlər öz kartları ilə “ALARM 3”, “ALARM 5” və “FO-44” koda düşmələrini aradan qaldıra bilərlər.

Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər:

1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür. İki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN məbləğində vəsait ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

Qeyd edək ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur və sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ abonentin balansına əlavə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275