SƏNAYE

Azərbaycan neft hasilatını dondurmağa hazırdır
22 SENTYABR
327

Azərbaycan neft hasilatını dondurmağa hazırdır

2016-09-22 16:01:00

Neft hasilatının müəyyən səviyyədə saxlanılması ilə bağlı Əlcəzairdə keçiriləcək görüşdə qərar qəbul olunarsa, Azərbaycan da buna razılıq verməyə hazırdır".

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevbildirib. 

“Hələ OPEC-in əvvəlki görüşündə neft hasilatının müəyyən səviyyədə saxlanılması üçün biz də razılıq vermişdik”, - deyə R.Abdullayev qeyd edib. 

Onun sözlərinə görə, bu ayın 27-28-də Əlcəzairdə OPEC-ə üzv olan və üzv olmayan ölkələrin qeyri-rəsmi görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

“Mən düşünürəm ki, bazar yavaş-yavaş özünü tənzimləyəcək. Neftin qiyməti əsasən tələbatdan, ABŞ-ın neft hasilatından və bankların burada iştirakından asılıdır. Neft birja məhsuludur və onun qiyməti maya dəyərindən çox fərqlidir. Neftin qiymətini birja tənzimləyir. ABŞ-ın şist neftinin maya dəyəri neftin qiymətinə təsir edəcək. Bir vaxtlar onun 100 dollardan yuxarı maya dəyəri var idi. Neftin qiyməti də 100 dollardan yuxarı idi. Onlar maya dəyərini aşağı saldıqca, qiymət də aşağı düşür. Şist neft inqilabı neftin qiymətinə təsir göstərir. Bu gün OPEC-dən çox Amerika şist nefti və banklar neftin qiymətini həll edir” - SOCAR prezidenti deyib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271