SƏNAYE

"Bizdə benzin də çox ucuzdur" - Rövnəq Abdullayev
15 SENTYABR
897

"Bizdə benzin də çox ucuzdur" - Rövnəq Abdullayev

2016-09-15 18:06:00

 "Azərbaycanda benzin çox ucuzdur". Fins.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.O bildirib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: "Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyatlanıb, hökumətdən xahiş etdi və ölkəyə 30 min tona yaxın benzin gətirdi. Bu bizə zərərlə başa gəldi. Amma ölkədə benzinə olan tələbatı tam ödədik, əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu bizə bir neçə milyon manat ziyan vurub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274