SƏNAYE

Qlobal maye qaz bazarı 2 dəfə artacaq
30 AVQUST
278

Qlobal maye qaz bazarı 2 dəfə artacaq

2016-08-30 15:52:00

2030-cu ilə qədər qlobal maye qaz (LNG) bazarının 2 dəfəyə qədər artaraq illik 470 metrik tona (Metric Ton Per Annum - mtpa) çatacağı gözlənilir.

Bunu bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransının ikinci günündə Yunanıstan Enerji İqtisadiyyatı üzrə Assosiasiyasının rəhbəri Kostas Andriosopoulos deyib. 

Onun sözlərinə görə, qarşıdakı 10 ildə qlobal pərakəndə LNG bazarı da inkişaf edəcək: “Araşdırmalara görə, qlobal LNG bazarı inkişaf edərək 2030-cu il üçün 245 mtpa-dan 470 mtpa-ya çatacaq. Pərakəndə LNG bazarı isə 2030-cu il üçün 75 mtpa-dan 95 mtpa-ya çatacağı gözlənilir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275