SƏNAYE

“Abşeron” yatağı üzrə hasilatın pay bölgüsü sazişi hazırlanır
29 AVQUST
267

“Abşeron” yatağı üzrə hasilatın pay bölgüsü sazişi hazırlanır

2016-08-29 12:00:00

“Abşeron” yatağından ilkin qazın hasilatına 2019-cü ilin 3-cü-4-cü rübündə başlanacaq. Fins.az-ın məlumatına görə, Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransında SOCAR-ın birini vitse-prezidenti Xoşbəxt Yusifadə deyib. Onun sözlərinə görə, hazırda hasilatın pay bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağında İşlənmə Proqramı hazırlanır. İllik hasilat planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planı nəzərdə tutulub. bu ilin sentyabr ayına qədər konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqatın sona çatdrılması, oktyabr ayının sonunda İşlənmə Proqramının tərəfdaşlar tərəfində təsdiq edilməsi, noyabrın əvvəlində İşlənmə Proqramının SOCAR-a təqdimatı, gələn il yanvarın sonuna qədər İşlənmə proqramının təsdiq edilməsi, 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilat planı üzrə yekun investisiya qərarı veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272