SƏNAYE

Benzinin qiyməti aşağı düşəcəkmi? – AÇIQLAMA
18 AVQUST
656

Benzinin qiyməti aşağı düşəcəkmi? – AÇIQLAMA

2016-08-18 11:55:00

Ai-92 markalı benzinin qiymətinin ucuzlaşması ilə bağlı ortada heç bir amil yoxdur. Fins.az xəbər verir ki, bunu iqtisadçı ekspert İlham Şaban benzinin qiymətinin ucuzlaşacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb. Həmin məhsulların sırasında  mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir.

İ.Şaban deyib ki, Ai-92 markalı benzin ölkəyə idxal olunmur. “Ona görə də Nazirlər Kabinetinin bu qərarından sonra qiymətə təsir edəcək bir amil ortaya çıxmayıb. İkincisi, Nazirlər Kabinetinin qərarı limitlidir, yəni, oktyabrın 15-də qüvvədən düşəcək”. 

Ekspertin fikrincə, idxal rüsumunun aşağı salınması yarana biləcək qıtlıq dövründə daxili bazarı qorumaq məqsədi daşıyır: “Əgər bu marka benzin yerli istehsaldırsa və hökumət də onun idxalı ilə bağlı stimullaşdırıcı, ancaq zaman məhdudiyyəti qoyulan bir qərar verirsə, demək bu, istehsal müəssisəsi ilə bağlı məsələdir. Neftayırma zavodu ildə bir dəfə təmirə dayanıb. Sadəcə, hazırkı cari təmir işlərinin miqyası böyükdür və rezervuarlarda yığılan neft məhsulları ehtiyatları bu müddətdə ölkənin daxili tələbatını ödəməyə yetərli olmayacaq. Bu baxımdan, Hökumət idxaldan gələn vergini minimuma endirməklə, daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb”.

Başqa sözlə, aksiz vergisindən dövlət büdcəsinə çatacaq vəsaitdən idxal dövründə imtina edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275