SƏNAYE

Sahibkar 150 min manat ziyana düşdü
12 AVQUST
193

Sahibkar 150 min manat ziyana düşdü

2016-08-12 17:54:00

Zaqatalada fermada yanğın olub, ferma sahibinə 150 min manat ziyan dəyib.

Fins.az bildirir ki, bu barədə report-a ferma sahibi Sayad Qocayev məlumat verib.
Onun sözlərinə görə, rayonun Əliabad qəsəbəsində yerləşən ferma anidən alışıb. Yanğın nəticəsində bir baş iribuynuzlu heyvan tələf olub, on baş iribuynuzlu heyvan isə müxtəlif yanıq xəsarətləri alıb. Tikilinin yanar konstruksiyaları və içərisində olan 10 min ədəd quru ot bağlaması yanaraq yararsız hala düşüb.

Yanğını söndürmək üçün hadisə yerinə üç yanğınsöndürən maşın cəlb olunub, alovun genişlənməsinin qarşısı alınıb, fermada olan 26 baş iribuynuzlu heyvan xilas edilib. 
S.Qocayev bildirib ki, yanğın zamanı ona 150 min manata yaxın ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275