SƏNAYE

Rövnəq Abdullayev İranın neft naziri ilə görüşdü
09 AVQUST
113

Rövnəq Abdullayev İranın neft naziri ilə görüşdü

2016-08-09 11:37:00

Avqustun 8-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngəne arasında görüş olub.

Fins.az xəbər verir ki, Rövnəq Abdullayev Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əlaqələrin sürətlə və böyük uğurla inkişaf etdiyini, bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını söyləmişdir.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan dünən başlayan rəsmi səfərinin bu əlaqələrin daha da inkişafında yeni mərhələ olacağına əminliyini qeyd edən Rövnəq Abdullayev SOCAR-la İranın neft-qaz şirkətləri arasında mühasibətlərin də son vaxtlar intensivləşdiyini vurğulamışdır. 

Azərbaycanda böyük qonaqpərvərliklə qarşılandıqlarını bildirən İranın neft naziri ölkəsinin qonşu dövlətlərlə və xüsusən Azərbaycanla əlaqələrinin genişlənməsinə mühüm önəm verdiyini, bu çərçivədə iqtisadi münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi zərurətini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilmişdir. SOCAR prezidenti Rövnəq Abdullayev ötən ilin noyabrında və bu ilin yanvarında İranda səfərdə olduğunu, eyni zamanda İran neft-qaz sektoru rəhbərlərinin də Azərbaycana səfərlər etdiklərini xatırladaraq bu səfərlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə, İran və Azərbaycan xalqlarının rifahina xidmət etdiyini bildirmişdir. 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272