SƏNAYE

"Petkim"dəki əməliyyatlarla bağlı - SOCAR-dan AÇIQLAMA
02 AVQUST
386

"Petkim"dəki əməliyyatlarla bağlı - SOCAR-dan AÇIQLAMA

2016-08-02 22:55:00

Müxtəlif media orqanlarında şirkətimiz Petkim Neft-Kimya Holdinq A.Ş.nin Aliaqa tədris korpusunda istintaq keçirdiyinə dair xəbərlər yer alıb. Bildirmək  istəyirik ki, bu proseslərin şirkətimizin fəaliyyətinə heç bir təsiri yoxdur. İlin 365 günü durmadan fəaliyyət göstərən Petkim-in işi normal davam edir”. Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə Petkim İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında bildirlir.

Eləcə də bax: "Petkim"in bəzi obyektlərində axtarışlar aparılır

Açıqlamada bildirilir ki,  Petkim-in 2016-cı il üçün bazar dəyəri 2,2 milyard dollar təşkil edir: “60-a yaxın müxtəlif növ xammal məhsulu istehsal edən və Egey Dənizi bölgəsinin ən böyük ixracatçısı olan Petkim məhsulunu 50-dən çox ölkəyə ixrac edir. Petkim-in məhsulları Türkiyədə 6 min sahibkar tərəfindən istifadə edilir. 50 ildən artıqdır ki, Türkiyə üçün məhsul istehsal edən Petkim, 150 min nəfərə qədər adamı işlə təmin edir”.

Eləcə də bax: "SOCAR Türkiye" və "Petkim"dən çıxarılanların sayı – AÇIQLAMA

“Türkiyə Cümhuriyyəti hökumətinə, iqtisadiyyatına və sabitliyinə etibarımız güclüdür. Rəhbərlik olaraq, baş verən hadisələrdə Türkiyənin özəl və dövlət sektorlarındakı bir çox müəssisə və təşkilatlarında aparılan araşdırma prosesi çərçivəsində hüquq-mühafizə orqanlarına hər cür kömək göstəririk. Biz Petkim olaraq, bu dövlət üçün çalışmağa davam edəcəyik və prosesin başa çatdırılması üçün hökumətimizlə tam əməkdaşlıq şəraitində lazım olan hər şeyi edəcəyik”, - deyə açıqlamada bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274