SƏNAYE

Azərişıq 20-illik kredit götürdü
27 İYUL
440

Azərişıq 20-illik kredit götürdü

2016-07-27 17:09:00

"Azərişıq" ASC və Asiya İnkişaf Bankı (AİB) kredit sazişi imzalayıb. Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu AİB-in Bakı ofisindən deyiblər.

Saziş Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılması üçün ASC-yə kreditin ilk tranşının verilməsini nəzərdə tutur.

Sazişi iyulun 22-də "Azərişıq" ASC-nin sədri Baba Rzayev və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbekov imzalayıblar.

5 illik güzəştli müddət olmaqla 25 il müddətinə verilən birinci tranşın məbləği 250 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272