SƏNAYE

SOCAR və Transqaz memorandum imzaladı
19 İYUL
159

SOCAR və Transqaz memorandum imzaladı

2016-07-19 16:05:00

İyulun 19-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Avropa Parlamentinin üzvü Ramona Nikole Manesku, Rumıniyanın “Transqaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterian və “Transqaz”ın maliyyə vəsaiti və Avropa İttifaqı ilə beynəlxalq əlaqələr üzrə idarə rəisi Çiprian Aliçdən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin yüksələn xətt üzrə inkişafı xüsusi qeyd olunmuş, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq və SOCAR-ın Rumıniyada uğurlu fəaliyyəti yüksək qiymətləndirilmişdir. Sonra SOCAR və “Transqaz” arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda SOCAR və “Transqaz” arasında təbii qazın nəqli sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan və Xəzər dənizi regionundan qaz tədarükü hesabına qaz tranziti və paylanması sahəsində Rumıniyanın potensialından istifadə olunması imkanlarının, habelə ümumi maraq doğuran potensial perspektivlərin araşdırılması, uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələlər nəzərdə tutulur. Görüşdə bildirilmişdir ki, memorandumun imzalanması şirkətlər arasında əməkdaşlığı dərinləşdirmək, Cənub-Şərqi Avropa və Balkan regionunun təbii qaz bazarında fəalliyətləri genişləndirmək imkanı verəcəkdir. Enerji sahəsində, xüsusilə də təbii qazın tədarükü, nəqli, marketinqi və satışı sahələrində birgə fəaliyyətin ölkələr arasında əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272