SƏNAYE

Sənaye məhsullarının maya dəyəri artıb
14 İYUL
167

Sənaye məhsullarının maya dəyəri artıb

2016-07-14 10:13:00

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 7,8 faiz artıb. Dövlət Statistika  Komitəsindən fins.az-a verilən  məlumata görə, 

mədənçıxarma sənayesi üzrə qiymətlər 7,6 faiz,

emal sənayesi üzrə 9,2 faiz,

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz,

su təchizatı; tullantıların təmizlənməsi və emalı üzrə isə 2,5 faiz bahalaşıb. 

2016-cı ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,9 faiz, o cümlədən, mədənçıxarma sənayesi üzrə 4,7 faiz, emal sənayesi üzrə 0,8 faiz bahalaşıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,7 faiz, metal filizlərinin hasilatı üzrə 0,3 faiz bahalaşma olub. Daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz ucuzlaşıb.

Qiymətl lər artıb

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri

avtomobil və qoşquların istehsalı üzrə 11 faiz,

toxuculuq sənayesi üzrə 3,1 faiz,

neft məhsullarının istehsalı üzrə 1,9 faiz,

elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb.

Bu sahələrdə ucuzlaşma  var

Tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz,

kimya sənayesi üzrə 3,0 faiz,

əczaçılıq məhsullarının istehsalı üzrə 2,6 faiz,

içki istehsalı üzrə 1,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz,

geyim istehsalı və metallurgiya sənayesi üzrə 0,3 faiz,

poliqrafiya fəaliyyəti üzrə 0,2 faiz ucuzlaşmışdır.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271