SƏNAYE

Daha bir "SOCAR" açıldı
08 İYUL
462

Daha bir "SOCAR" açıldı

2016-07-08 11:37:00

İyulun 7-də Hacıqabul rayonunun Pirsaat qəsəbəsində “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus “SOCAR” brendi ilə sayca 21-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, yüksək standartlara cavab verən və orijinallığı ilə diqqəti cəlb edən yanacaqdoldurma məntəqəsində nağdsız ödənişi nəzərdə tutan POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kolonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq olunub.

Yeni yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi mərasimində iştirak edən “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov bu münasibətlə əməkdaşları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

T.Seyidov qeyd edib ki, respublikada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsi aktiv şəkildə genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 60 nəfər işçi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275