SƏNAYE

Azərbaycan Ukraynaya öz neftini təklif edir
01 İYUL
291

Azərbaycan Ukraynaya öz neftini təklif edir

2016-07-01 23:59:00

Azərbaycanın Energetika Naziri Natiq Əliyev Azərbaycan neftinin Ukrayna neft emalı zavodlarına (NEZ) çatdırılması və daha sonra Avropaya tranziti istiqamətində konkret addımların atılmasının zəruri olduğunu hesab edir. 

Azərbaycan energetika nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən Azərbaycan-Ukrayna arasında energetika sahəsində ikitərəfli əlaqələrin inkişaf prespektivləri cümə günü Natiq Əliyevlə Ukraynanın baş nazirinin müavini, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Qenadiy Zubko ilə görüşdə müzakirə olunub.

“Azərbaycan enerji resursları istehsal edən, Ukrayna isə istehlakçı və tranzit ölkə kimi mühim rola malikdir. Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi Xəzər - Qara dəniz regionunda hər iki ölkənin rolunu möhkəmləndirəcək” – Əliyev bildirib.

Onun sözlərinə görə rəsmi Kiyevin Azərbaycan neftinin Ukrayna NEZ-lərinə çatdırılması və onun daha sonra Avropaya nəqli “hər iki ölkə üçün faydalıdır və bu istiqamətdə konkret addımların atılması zəruridir ”.
Məlumatda o, da qeyd olunub ki, Ukraynanın yüksək neft tələbatını vurğulayan Natiq Əliyev Azərbaycan tərəfindən əlavə neft təchizatının səmərəli olacağını qeyd edib. Energetika naziri iki ölkə arasında energetika sahəsində növbəti 10 illik üçün əməkdaşlıq proqramının hazırlanmasının da vacibliyinə toxunub.

Öz növbəsində Zubko Azərbaycan neftinin Ukrayna ərazisindən Avropaya nəqlini, təbii qaz təchizat mənbələrinin diversifikasiyası və bunun üçün yeni təbii qaz terminalının tikilməsini, iki ölkənin energetika sahələrinin inkişafı üçün prioritet olduğunu söyləyib. Zubko hesab edir ki, bu istiqamətdə yeni layihələr həyata keçirmək üçün zəruri imkanlar var.

Görüşün sonunda tərəflər Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə ikitərəfli görüşlər təşkil etmək barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274