SƏNAYE

Pambıq 18% bahalaşıb
10 İYUN
187

Pambıq 18% bahalaşıb

2016-06-10 10:42:00

Əmtəə qiymətləri 2015-ci ildə 13 ilin ən aşağı səviyyəsinə enmişdi. Başda Çin olmaqla inkişaf edən ölkə iqtisadiyyatları ilə bağlı artan qayğılar və ABŞ Mərkəzi Bankının (Fed) faiz artırması ərəfəsində baş verən narahatçılıq əmtəə qiymətlərini vurdu.

2014-cü ildə 80-90 sent/pounddan (1 pound = 453 q, 1 kq=2,2 pound (funt)) alıcı tapan pambıq, 2015-ci ildə 60 sent/pounda qədər düşmüşdü.

2016-cı ilin əvvəlində pambıq daha da ucuzlaşdı və İCE birjasında Mart ayının əvvəlində 55 sent/poundadək düşdü. Fins.az "Marja"-ya istinadən xəbər verir ki, mart ayından bu yana isə (son 3 ayda) qiymətlər 18% artıb. Hazırda Londonda ICE Futures Europe birjasında pambığın qiyməti 65 sent/pound ətrafındadır (təxminən poundu 1 manat, 1 kiloqramı isə 2 manat 15 qəpik).

Analitiklər qiymətlərin bir müddət bu səviyyələrdə qalacağını, ilin sonuna doğru istehsal tərəfində baş verən azalmanın təsirilə 70 sentə doğru qalxacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, 2011-ci ildə 1 pound pambıq 167 sentə satılırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272