ANALİTİKA

Bu il:Azərbaycan İnternet Forumu
04 DEKABR
122

Bu il:Azərbaycan İnternet Forumu

2018-12-04 10:46:00

Fins.az Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün Azərbaycanda İnformasiya Kommunikasiya texnologiyaları ilə bağlı 2018-ci ilin yekunları  barədə müsahibəsini təqdim edir

Azərbaycanda əsasən hansı sahədə saytlar daha çox  inkşaf edib?

Son dövrlərdə əsasən xidmətlə bağlı, ticarətlə bağlı, müəyyən online servislərlə bağlı saytların sayında bir qədər dinamika hiss olunur. Əvvəllər saytların çox hissəsini media saytları təşkil edirdi. Xəbər saytları, informasiya yönümlü və s. bu kimi istiqamətdə saytlar əvvəlki illərdə çoxluq təşkil edirdi. Həmin sahədə indi bir az azalma var. Ölkədə media saytları da özünün bəlli inkşaf səviyyəsinə çatıb. Azərbaycan internetinin ən çox inkşaf edən sahəsi online media, elektron media sahəsi olub. Bu gün 500-ə,1000-ə qədər aktiv fəaliyyət göstərən xəbər resursu tapmaq mümkündür. Təhsil yönümlü saytların da sayında müəyyən dinamika var. Daha sonra korparativ yönümlü, yəni müəyyən şirkətlərin saytları, şirkətlərin öz təqimatı ilə bağlı resursların sayında müəyyən artım müşahidə olunur. Sosial media sahəsində isə daha çox Instagram sosial şəbəkəsində açılan hesabların sayı digərlərinə nisbətən daha çoxdur .İkinci yerdə facebookdakı səhifələrini və son dövrlər daha çox artım müşahidə olunan youtube kanallarını da göstərmək olar

Azərbaycanda internetində ən çox gəlir gətirən sahə hansıdır?

Bununla bağlı konkret rəqəmləri bilməsəm də, amma onu deyə bilərəm ki, reklamlarla bağlı saytlar  digər sahələrdə fəaliyyət göstərən saytlara nisbətən daha çox gəlir gətirir. Doğrusunu desəm hesab etmirəm ki, elə reklamlarla bağlı saytlarda belə böyük pullar var. Eyni zamanda sosial mediada da facebook, Instagram, youtubeda da Azərbaycan seqmentində çox böyük pul dövriyyələri yoxdur. Buna əsas səbəb Azərbaycanın öz İT bazarı balaca bazardır yəni burda böyük pullar əldə etmək, böyük biznes qurmaq üçün gərək lokal bazardan daha çox regional bazara meyilli olasan, qlobal bazara çıxasan. Kiçik sahibkarlıq səviyyəsində müəyyən irəliləyişlər var.

Son dövlər Azərbaycan İnternet məkanında hansı yeniliklər olub?

Son dövlərdə bizim startuplarımız var ki, artıq regional və qlobal bazara çıxmaq istiqamətində ciddi addımlar atıb. Startupımız var ki, artıq Dubayda ofislərini açıblar bir neçə starup var ki, Amerikada ofislərini açıblar. Onlar burada prezident İlham Əliyev  Elektron hökümət binasının açılışını edəndə həmin mərasimdə iştrak edirdilər. Az sayda olsa da bizim müəyyən resurslarımız var ki, onlar regional və qlobal bazra çıxırlar. Dünyada bu sahədə rəqabət apamaq çox çətindir. Startup hərəkatı 2012-ci ildən start götürüb. Təbii ki, bu az müddətdir bu sahədə çox işlər görülməlidir. Bu sahədə hökümət də müəyyən addımlar atacaq. Bu yaxınlarda biz eşitdik ki, startupların gəlir vergisindən azad olunması planlaşdırılır. Hələ ki, bu təklif formasında qalır, həyata keçirilməyib. Prezident İlham Əliyevin fərmanı ilə Nəqliyyat Rabitə və Yüksək texnologiyalar nazirliyi yanında İnnovasiya Agentliyi yaradılıb. Elektron hökümət binasının açılışında şahid olduq ki, İnnaland-in böyük akselerasiya mərkəzi və inkubasiya mərkəzinin açılışı oldu. Son dövlərdə bizim müşahidələrimiz göstərir ki, son dövrlər 13 dövlət qurumu da dolayısı ilə innovasiyaların və startup sahəsinin inkşafı ilə bağlı tədbirlər həyata keçirir. Yaxın zamanlarda bu sahədə daha çox inkşafın olması gözlənilir.

Son dövlərdə onlayn ödəniş saytlarının sayının çoxalması dünyada  ya təkcə Azərbaycanda müşahidə edilən tendensiyadır?

Onlayn ödəniş sistemlərindən istifadə rahat və az zaman aparan proses olduğu üçün belə saytların və sistemin istifadəçi sayının çoxalması normaldır. Ümumiyyətlə mən hesab edirəm ki, Azərbaycanda hələ bütün sahələrdə  onlayn ödənişlə bağlı məsələlər həll olunub qurtarmayıb. Gərək bir çox sahələrdə xidmətlər onlayna çevrilsin ki, ödəniş də onlayn olsun. Bununla bağlı Azərbaycanda çox işlər görülsə də, amma hələ görülməli işlər də kifayət qədərdir. Son dövlərdə məsələn ASAN-ın özünün onlayn sistemi, hesab.az-la bağlı bir sistem var. Hökümətin özünün onlayn ödənişlərlə bağlı bir sistemi var. Bu sahə yavaş-yavaş inkişaf edir. Onlayn ödənişlərlə bağlı qanuna bizdə ciddi ehtiyac var. Bu qanun hələlik bizdə yoxdur. Uzun zamandır Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası belə bir qanun layihəsinin hazırlandığını və hazırlığın başa çatdığını bildirsələr də, elektron ödənişlərlə bağlı qanun hələ yoxdur. Bu qanunun olmaması bu sahədə böyük inkşafın olmasına da bir növ mane olur. Ümid edirəm yaxın zamanda bu qanun qəbul olunar.

Saytların istifadəçi sayı ilə bağlı reytinqlərinin müəyyən olunmasında hansı mənbə daha etibarlıdır?

Google analitiksin təqdim etdiyi reytinqlər daha realdır. Bu sahədə yalnız  Google-un təqdim etdiyi nəticələr həqiqəti daha çox əks etdirir. Texnologiyalar imkan verir ki, reytinqlər tərtib olunan zaman süni addımlardan istifadə olunsun. Ona görə də bu sahədə daha dayanıqlı mənbələrə istinad etmək, təhlilər aparmaq, müxtəlif doğru nəticələr verən resurslardan istifadə etmək daha doğru addım hesab olunur. Həm resursların özü qəstən nəticələrə təsir edə bilər, həm də müəyyən texnoloji vasitələrdən istifadə edilərək nəticələr təsir oluna bilər. İstənilən halda həmin nəticələr özü də nəyinsə göstəricisidir. Mən özüm Google-un materiallarından daha çox istifadə edirəm.

 

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255