ANALİTİKA

“Fitch” beynəlxalq reytinq agentliyi: Azərbaycan iqtisadiyyatında artım tədricən bərpa olunur
22 NOYABR
154

“Fitch” beynəlxalq reytinq agentliyi: Azərbaycan iqtisadiyyatında artım tədricən bərpa olunur

2018-11-22 15:21:00

Fins.az-ın "Report"a istinadan verdiyi məlumata görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 0,1%-lik artımdan sonra bu ilin 9 ayında 0,8% artıb. “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-neft sektorunda artım 1% təşkil edib. Agentliyin mütəxəssisləri qeyd edib ki, 2017-ci ilin sonuna 12,9%-lik inflyasiya əhəmiyyətli dərəcədə azalaraq bu ilin oktyabrın sonuna 2,4% təşkil edib. “Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ay uçot dərəcəsini 9,75%-ə qədər azaldıb. Ümumiyyətlə il ərzində bu göstərici 5,25% azalıb. Sentyabrın sonuna Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2017-ci ilin sonuna 36 milyard ABŞ dollarından 39 milyard ABŞ dollara qədər artıb. Bu göstəricilər Azərbaycan iqtisadiyyatında artımın tədricən bərpa olunduğunu təsdiq edir”, - deyə məlumatda vurğulanıb.

“Fitch”in qiymətləndirmələrinə görə, bu amillər qeyri-neft sektoruna sərmayələrin artmasına və pul-kredit siyasətinin yumşaldılmasına imkan verib: “Bizim fikrimizcə, bank sektorunda dollarlaşmanın səviyyəsinin azalmasına baxmayaraq hələ də bu göstərici yüksək olaraq qalır ki, bu da pul-kredit siyasətinin effektliliyini məhdudlaşdırır. İnflyasiyanın hədəflənməsi rejiminə keçidə gəlincə, bu, ortamüddətli hədəf olaraq qalır”.

Agentliyin mütəxəssisləri hesab edir ki, yeni büdcə qaydaları xərclərin maksimum həddini müəyyənləşdirməklə ehtiyatlı maliyyə siyasətini özündə ehtiva edir.

Xatırladaq ki, bu ilin iyulunda “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxaraq reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq edib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256