ANALİTİKA

Dollar bu valyutalar qarşısında hər an ucuzlaşa bilər
30 OKTYABR
808

Dollar bu valyutalar qarşısında hər an ucuzlaşa bilər

2018-10-30 14:05:00

“ABŞ valyutasının əsas valyutalara - avroya və yuana nisbətdə real bir ucuzlaşma gözləyir”- bu proqnozu valyuta bazarının dahilərindən biri Ulf Lindal deyir. O bu fikiri, dolların gücünə inanan bir çox iqtisadçıların gözləntilərindən tamamilə fərqlənir.

Valyuta bazarında 40 il təcrübəsi olan Ulf Lindal “A.G. Bisset Associates” icracı direktorudur, dolların 41% avroya, 33% yenə qarşı 2024-cü ildə düşəcəyini bəyan etdi. Bu açıqlama “Bloomberg”-in və media analitiklərinin açıqlamalarının əksinədir, hansılar ki, ABŞ valyutasının möhkəmləməsini deyirlər.

Bu gün avro təxminən 1.15-1.16 dollardır. “Bloomberg” analitikləri avronun 2022-ci ilə qədər 1.28 düşəcəyini bildirillər, Lindal isə əksinə avronun 2 dollar olacagını proqnozlaşdırır. Valyuta mütəxəsisi hesab edir ki, əgər bu gün 1 dollar 111 yuandırsa, beş ildən sonra bu rəqəm 75 yuan təşkil edəcək.

ABŞ dollarının uzun müddətli düşəcəyini proqnoz edən Lindal, dövrü dolların məzənəsinə teoriyasına əsaslanır: 1970-ci ildən başlayaraq hər 15 ildən bir dolların eniş və artım dövrü müşayidə olunur, dolların növbəti enişi 2017-ci ildən artıq başlayıb.

Demək olar ki, Lindalın bu teoriyasını bir cox analitiklər dəstəkləmir. Lindalın sözlərinə görə, ilkin olaraq investorlar 15 ilik dollar dövr sxemasına şübhəylə yanaşılar, hətta bəziləri bu teoriyaya inanmayırlar.

Ancaq “Bisset” tərəfindən hazırlanmış qrafikdə bildirir ki, 1970-ci ildə dolların məzənəsi 9 il ərzində 55% endi, sonrakı 5 il ərzində 95% artdı.

İkinci dövr isə, 1985-ci ildə başladı və dolların məzənəsi 10 il ərzində 60% endi, sonrakı 6 il ərzində isə 67% artdı.

Üçüncü mərhələ 2001-ci ildən başlayaraq 2008-ci ilədək davam etdi (-45%-dək). 2017-ci ilin ortalarına qədər isə artım dövrü davam etdi (+45%-dək).

Gözlənilmədən, 2017-ci ilin sentyabr ayında dollar avroya qarşı 9% endi. Eksperlərin fikirlərinə görə, son 6 il ərzində avroya nisbətdə 53% geriləyib.

Həqqiqətənmi, dollar üçün ağır dövr başlayır? - Bəli bunu gözləmək olar. Dollara vəziyyətinə həm beynəlxalq, həmçinin ABŞ iqtisadiyatında baş verən titrəyişlər təsir edir. Beynəlxalq ticarət müharibələri dövrü başlayır, bundan əlavə Asiyadan ABŞ-a sənaye istehsalı geri qaytarma tendensiyası Amerika Birləşmiş Ştatlarının dünya ilə ticarətinin həcminin azalması üçün dəlillərdir. Bu isə, öz növbəsində yaxın illərdə dolların əsas valyuta kimi xarici ticarət dövriyyəsində payının azalmasına çıxaracaq. Bunun ardından, dollarla beynəlxalq kreditləşmə həcminin azalması da baş verəcək . Bu proseslərin gedişatı, digər bir beynəlxalq valyutanın - avronun möhkəmlənməsinə gətirib cixaracaq.

“FXpro”-da hesab edirlər ki, dolların artımı bir coxları üçün gözlənilməz oldu. Bəlkədə, ABŞ siyasətinin “tariflər siyasəti” ilə müxtəlif reqionlara hədəqorxu gəlməsəydi, dollar hal-hazırda başqa reallıqda idi. Ticarət müharibəsi bir cox regionların ticarət əlaqələrinə yenidən baxmağa məcbur etdi.

 Müəllif: Baş Redaktor Vüqar Bağırov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258