ANALİTİKA

Zaman puldur və ya nəyə görə istiqrazları məhz indi almaq lazımdır?
22 YANVAR
615

Zaman puldur və ya nəyə görə istiqrazları məhz indi almaq lazımdır?

2018-01-22 18:21:00

Son illərin hadisələri Azərbaycanın bank sisteminə olan etibarı sarsıtdı və nəticədə əhalinin banklardakı əmanətləri azaldı. Amma hər kəsə bəllidir ki, “yastıq altında yatan” pullar mənfəət gətirmir.Üstəlik inflyasiyaya görə onlar həm də ucuzlaşır. Buna görə də hal-hazırda alternativ investisiya alətlərinin, xüsusilə də istiqrazların aktuallığı artır. 

Bu gün istiqrazlarmürəkkəb və başa düşülməz hesab edilir. Buna baxmayaraq,bu bazar yatırımları şaxələndirmək və təmin olunmuş gəlir əldə etmək üçün böyük imkanlar yaradır.

İstiqrazlar və bank depozitləri mahiyətcə oxşardır.Hər iki halda investor kreditor qismində fəaliyyət göstərir və faizlə borc verir.Halbuki istiqrazlara qoyulan investisiyalar bir neçə üstünlüklərə malikdir.Birincisi, istiqrazlar daha sərfəlidir: Azərbaycanda xarici valyutada olan depozitlər üzrə orta faiz dərəcəsi 3%ətrafındadırsa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dollar istiqrazları üzrə illik faiz dərəcəsi 5% təşkil edir. İkincisi, bank depozitinə vaxtından əvvəl xitam verildikdə investor yığılmış faizləri itirir, istiqrazları satarkən isə investor əlavə gəliri tam həcmdə alır.Üçüncüsü, istiqrazlar üzrə gəlirlər vergidən azaddır.

Hal-hazırda Azərbaycanda ən fəal alınıb-satılan qiymətli kağızlar SOCAR istiqrazlarıdır. Bir istiqrazın nominal qiyməti 1000 dollar, illik gəlirlilik 5% təşkil edir. Bu isə o deməkdir ki, hər istiqraz üzrə gəlir ildə 50 dollar təşkil edir. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində həyata keçirilir. Keçən ilin əvvəlindən həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 6,25 milyon dollar gəlir əldə ediblər.SOCAR istiqrazlarının cəlbediciliyini artıran əsas amillərdən biri də yüksək likvidlik və istiqrazların dəyərinin 1000 dollardan aşağı düşməyəcəyinə zəmanətdir. İstiqrazları həmişə toplanmış gəlirləri itirmədən nağd pula dəyişmək olar.

SOCAR istiqrazlarını almaq istəyənlərə AzFinance şirkətinin peşəkar brokerləri kömək edə bilərlər. Bu istiqrazları almaq istəyənhüquqi və ya fiziki şəxs sadəcə “AzFinance”la müqavilə bağlayıb, hesab aça bilər.

Çin müdrikliyində deyildiyi kimi, ağacın əkilməsi üçün ən yaxşı vaxt 20 il əvvəl olub, keçib, lakin bunun üçün növbəti ən uyğun vaxt bu gündür. İnvestisiya yatırmağa da məhz indi başlamaq lazımdır, çünki zaman puldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256