ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
26 SENTYABR
208

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-09-26 18:49:00

Fins.az sentyabr ayının 26-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Amerika indekslərini öz ardınca çəkərək iri texnoloji şirkətlərin səhmlərinin satışı çoxalıb. Enmə liderləri sırasında FANG(Facebook, Amazon, Netflix и Google) adlanan qrupa daxil olan şirkətlər yer alıblar, bunun fonunda NASDAQ beş həftə ərzində ən çox düşüb (-0,9%); S&P 500 və DJIA hərəsi 0,2% itiriblər. Müdafiə aktivləri Yena və Qızıl bir qədər qalxdıqdan sonra geosiyasi vəziyyətin gərgiləşməsi fonunda səhər konsolidasiya olunublar: dünən Şimali Koreyanın xarici işlər naziri R.Yonq Xo bildirib ki, D.Trampın dedikləri müharibə elanına bərabərdir. Bunun fonunda və həmçinin FED başçısı C.Yellenin dördüncü gün çıxışı ərəfəsində qlobal bazarlar səssiz dinamika nümayiş etdirirlər: əksər Asiya bençmarkları Amerika və Avropa indekslərinin fyuçersləri ilə birgə düşürlər.  
 
Neft

Bazar ertəsi Brent markalı neft 26 aylıq maksimuma qədər yüksəlib. Hal-hazırda bir barrelin qiyməti 58,5-58,6$ səviyyəsindədir.   

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288