ANALİTİKA

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair yarımillik monitorinq və qiymətləndirmə hesabatı
12 SENTYABR
91

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair yarımillik monitorinq və qiymətləndirmə hesabatı

2017-09-12 12:15:00

YARIMİLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi

 Görülmüş işlər barədə qısa məlumat:

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 9 faizi icra edilmiş, 35 faizinin icrası üzrə işlərə başlanılmışdır. Telekommunikasiya bazarının liberallaşdırılması üzrə tədbirlər çərçivəsində TASİM layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın aparılması üçün ilkin şərtlər toplusu hazırlanmış və baxılması üçün bütün üzv olan operatorlara təqdim edilmişdir. Mövcud və yeni yaranan beynəlxalq trafik kanallarının alternativliyinin təmin edilməsi üzrə zəruri tədbirlər görülmüşdür. “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı işlərə cəlb edilmiş və bu əməkdaşlıq çərçivəsində geniş təhlil və diaqnostika işlərinə başlanılmışdır. Sözügedən təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə görüşlər keçirilmiş, sorğu və müsahibə təşkil edilmiş, nağd ödənişlərə təkan verən makro və mikro amillər müəyyən edilmişdir. Dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin icrası üzrə təkliflər, o cümlədən dəyişikliklər edilməli olan bəzi normativ hüquqi aktların siyahısı, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsi hazırlanmış, rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti qurumlara təqdim olunmuşdur. “Hökumət bulud”un (“Gcloud”) texniki və iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı iş aparılır. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində noutbuk, elektron lövhə, proyektor və masaüstü kompüter avadanlıqlarının təchizatına başlanılmışdır. 2017-ci ilin yanvar-may ayları ərzində 34 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik, ADSL və simsiz bağlantı ilə qoşulmuşdur. “e-derslik.edu.az” portalında yeni dərsliklər nəşr olunmuş, habelə passiv mütaliə mövzusunda təhsilverənlər üçün video çarxlar hazırlanmışdır. Təkmilləşdirmə kurslarının təşkil edilməsi istiqamətində 500 nəfərə yaxın təhsilverən və məktəbin idarəedici heyəti üçün ilkin İKT bacarıqları və layihəəsaslı metodlar üzrə kurslar təşkil edilmişdir. Dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsinə başlanılmışdır. Dövlət İT sistemlərinin müasirləşdirilməsi ilə bağlı müvafiq işlər aparılmış, bir sıra layihələr hazırlanmışdır. Ümumi standartlaşdırma sisteminin yaradılması və rəqəmsal reseptin verilməsi tədbirləri üzrə işçi qrup yaradılmış, rəqəmsal resept verilməsinin tətbiqinə dair texniki tapşırıq təklifləri hazırlanmışdır. Əsas problemlər: 1. Bir sıra hallarda verilmiş tapşırığın icrası məqsədi ilə yalnız işçi qrupun yaradılması ilə kifayətlənmiş, konkret tədbirlər üzrə fəaliyyət həyata keçirilməmişdir. 2. Prioritet çərçivəsində nəzərdə tutulan tədbirlərin hər biri üzrə verilmiş tapşırıqlar konkret təhlil edilməklə sistemli yanaşma mövcud deyildir ki, bu da tədbirlərin icrasında gecikmələrə səbəb ola bilər. Tövsiyələr: Ümumilikdə isə tədbirlərdə nəzərdə tutulan tapşırıqlara ümumi deyil, nöqtəvi yanaşma tətbiq edilməklə, hər bir tapşırıq üzrə ayrılıqda fəaliyyət təmin edilməlidir * Yarımillik hesabatda qiymətləndirmə əlaqələndirici qurum tərəfindən görülmüş işlərə dair təqdim edilmiş hesabat (2017-ci ilinilk 6 ayı üzrə), aidiyyəti tərəflərlə müzakirələr, əldə edilmiş təsdiqedici sənədlər və digər qiymətləndirmə vasitələri əsasında həyata keçirilmişdir. Əlaqələndirici qurum Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293