ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
31 AVQUST
271

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-31 14:44:00

Fins.az avqust ayının 31-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
ABŞ indeksləri güclü makrostatistikanın (ÜDM-un artımı proqnozları aşaraq 2K17-də 3% təşkil edib) dəstəyi altında ardıcıl olaraq dördüncü sessiyanı yaşıl zonada bağladılar. Artım liderləri sırasında avtonəqliyyat şirkətlərinin səhmləri olublar, bu Xarvi qasırğasının törətdiyi dağıntıları aradan qaldırmaq üçün gözlənilən irimiqyaslı işlərin görülməsi ilə əlaqədardır. 
Avropa ticarət meydanları geosiyasi gərginliyinin zəifləməsi fonunda ümümi pozitiv əhval-ruhiyyəyə dəstək verdilər, əsas indekslər ticarəti plyusda bağladılar. Yapon səhmləri pozitiv dinamikanın ardınca qalxıblar. Çin indeksləri minusda ticarət olunublar. Cənubi Koreyanın mərkəzi bankı dərəcələri rekord aşağı səviyyədə saxladı. Yena düşməyə davam edir, ikinci müdafiə aktivi qızılda öz mövqelərini verməyə başlayıb.  
 
Neft
ABŞ Energetika Nazirliyinin hesabatına əsasən xam neftinin ehtiyatı 5,4 mln. barrel düşüb (proqnozlardan 2,8 dəfə çox). Benzin 
ehtiyatı ötən həftənin səviyyəsində qalıb, distillat ehtiyatı isə 0,7 mln. çoxalıb. Bu məlumatlar Xarvi qasırğasının təsirini hələki əks etdirmir (investorların çoxu qorxurlar ki, neft emalı zavodlarının bağlanması səbəbindən neft ehtiyatları artacaq). Fırtına Meksika körfəzi sahillərinə hücum etməyə davam edir, dünən Luiziananın cənub-qərbi zərbə altında olub. Məlumatlar göstərir ki, fırtına ABŞ-ın neft emalı qüvvətinin dörddə birini iflic edib. Benzinin qiyməti qalxaraq yenidən rekordları vurur, neft kotirovkaları isə düşməyə davam edir.   

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285