VAKANSİYA

08 Fevral

\"Mətanət A\" Layihə kordinatoru axtarır – VAKANSİYA

Mətanət A Layihə kordinatoru vəzifəsinə işçi axtarır.

Vakansiya ilə bağlı şirkətdən Fins.Az-a verilən məlumata görə, öhdəliklər və tələblər təqdim olunub.

İşin təsviri:

  • Ustaların qeydiyyatının aparılması və yeni ustaları cəlb etmə prosesini həyata keçirmək
  • Ustalarla zənglərin həyata keçirilməsini təmin etmək;
  • Layihə mərhələlərin planlaşdırmaq və idarə etmək;
  • Xüsusi nümayəndələri iş prinsiplərini icra etmək və onları qiymətləndirmək;
  • Facebook və instagram səhifələrinin idarəçiliyinə nəzarət etmək;
  • Ustalar klubuna aid bonus kampaniyaları icra etmək;
  • Klubun inkişafı üçün araşdırmalar etmək, yeni ideyalar təklif etmək;
  • Bölgələr üzrə Xüsusi nümayəndələr ilə günlük əlaqə saxlamaq, təlimatlandırmaq, məlumatlar almaq, mövcud vəziyyəti və görülən işləri öyrənmək və Layihə rəhbərinə hesabat vermək;
  • Xüsusi nümayəndələrin qeyd etdiyi məsələləri və problemləri həll etmək (ustalara məlumatın verilməsi, satış məsələləri və.s);
  • Satış nümayəndələri ilə koordinasyalı şəkildə işləmək;
  • Ustaların məlumatlarından ibarət bazada məlumatların düzgün yerləşdirilməsini, bölgələr üzrə bölüşdürülməsini təşkil etmək;
  • Tədbirlərin təşkili və idarəçiliyinə dəstək vermək;
  • Rayonlara ezamiyyət;
  • Ustalar klubu Qaynar xətləri cavablanıdrmaq;
  • Layihə ilə bağlı digər işləri icra etmək.

Tələblər:

  • Ali təhsil (bakalavr);
  • Qeyd olunan vəzifədə iş təcrübəsi (minimum 1 il)
  • Layihə menecmenti, tədbir təşkilatçılığı, marketinq üzrə təcrübəsi olan;
  • MS Office proqramlarında işləmə bacarığı;

Şəxsi keyfiyyətləri:

  • Marketinq, biznesin inkişafı, araşdırma sahələri üzrə həvəsli;
  • İdarəetmə qabiliyyəti olan;
  • Təqdimat bacarıqları yüksək;
  • Ünsiyyət qabiliyyəti yüksək.
  • Xoşagələn xarici görünüş;
  • İnkişafa meyilli olmalı;
  • Kollektivlə işləməyi bacarmalı;

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün (Bazarertəsi – Cümə); 
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
  • Peşəkar inkişaf və irəliləyiş;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] mail adresinə göndərin.

Rəvanə Sərdarova

Fins.az