VAKANSİYA

08 Yanvar

“PAŞA Həyat Sığorta” işçi axtarır - VAKANSİYA

“PAŞA Həyat Sığorta” Strategiya və investisiya departamenti, Strategiya və araşdırmalar şöbəsində Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Eləcə də bax: "Azərbaycan Sənaye Bankı" işçi axtarır - VAKANSİYA

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 20 yanvar 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətin strateji planlanın hazırlanması prosesində köməklik göstərmək;
2. Strateji plan üzrə proqnoz maliyyə göstəricilər modelini hazırlanmasında və təkmilləşdirilməsi prosesində iştirak etmək;
3. Strateji planının icrası üzrə dövri monitorinqini məlumatları yığmaq;
4. Strategiya və Büdcə komitəsinə rüblük hesasabatların hazırlanmasında iştirak etmək;
5. Bazarın makro iqtisadi vəziyyəti üzrə məlumatları yığmaq;
6. Sığorta bazarına aid məlumatları yığmaq və xarici bazarları araşdırmaq;
7. Şöbənin fəaliyyət sahəsinə aid uçot-statistik və hesabat işlərinində iştirak etmək;
8. Öz işlərinin effektiv və keyfiyyətli aparılmasını təmin etmək məqsədilə şirkətin digər struktur bölmələri ilə əməkdaşlıq etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb olunmur
Təhsili/ixtisası: iqtisadiyyat, riyaziyyat, maliyyə
Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta, İngilis dili: orta
Kompüter bilikləri : MS Office
Üstünlüklər: Sığorta sahəsində iş təcrübəsi, Proqramlaşdırmanın əsaslarının bilinməsi, Aktuariat üzrə bilgilərin olması, DipİFR və ya Financial reporting üzrə sertifikatın olması
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, geniş perspektiv, təsir göstərmə, planlaşdırma

İmtiyazlar: Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası:

Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Strategiya və araşdırmalar şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et ” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.