BİZNES

12 İyul
15

Ceyhun Bayramov: "Bu il müəllimlərin işə qəbulu üzrə imtahanlarda rekord sayda namizəd qeydə alınıb"

"Hazırda müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarla əlaqədar olaraq ölkədəki bütün orta məktəblərdə vakant yerlərin müəyyənləşdirilməsi üçün müvafiq işlər aparılır".

Fins.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın zamanlarda orta məktəblərdəki bütün vakant yerlər haqqında məlumat veriləcək: "Hesab edirəm ki, bu il elan edilən vakant yerlərin sayı ötən ildəki vakant yerlərin sayından çox olacaq. Eyni zamanda müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda iştirak etmək üçün elektron ərizə ilə qeydiyyatdan keçən müəllimlərin sayı 56 mindən çoxdur. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. İşə qəbul üzrə keçirilən imtahanlarda orta hesabla gün ərzində 3200-dək namizəd iştirak edir. Bütün ixtisaslarla bağlı namizədlərin sayı çoxluq təşkil edir. Namizədlərin sayına əsasən elan ediləcək bütün vakant yerlərin tutulması gözlənilir".

© Report