SOSİUM

06 Fevral

Azərbaycanda avtomobil ilə sərnişin daşımalar artıb

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə ötən il 126 mln. ton yük, 1405 mln. sərnişin daşınıb.

Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə daşımalar üzrə müvafiq olaraq 12% və 25,5% artım qeydə alınıb.

Sərnişinlərin 94%-i avtobus, 6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 23,1%, sərnişin dövriyyəsi isə 25% artıbdır.