SOSİUM

17 Sentyabr

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var

Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti - əsas və kənar yol Atletlər kəndinin qarşısından Heydər Əliyev Mərkəzi istiqamətində, Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti ilə kəsişmədə, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Tbilisi prospekti - 20 Yanvar dairəsi və şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bununla yanaşı, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində və Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində də nəqliyyatın hərəkətində sıxlıq var.