SOSİUM

04 Fevral

Ötən ay Azərbaycanda 550-dən çox zəlzələ olub – RƏSMİ

“Ötən ay seysmik aktivlik yüksək olub. Həmin dövrdə dünya miqyasında 5 baldan güclü 165 yeraltı təkanın baş verib”.

Fins.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələyə həsr olunan ümuminstitut seminarda deyib. O, yanvar ayında Azərbaycanda 3 baldan aşağı 550-dən çox zəlzələnin müşahidə edildiyini, maqnitudası 3-dən yuxarı olan isə 4 seysmik təkanının qeydə alındığını deyib. Həmçinin tikinti və şəhərsalma zamanı seysmik ballıq qiymətləndirilmənin aparılmasının zəruriliyinə də toxunub.

Q.Yetirmişli  Elazığ və ətraf şəhərlərin Şərqi Anadolu qırılması üzərində yerləşdiyini, bu bölgədə dəfələrlə maqnitudası 5-dən yuxarı zəlzələlərin olduğunu bildirib.