MARKETİNQ

05 Mart

Google qadınlar üçün “uğurlu ol” layihəsinə başlayıb

8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində “Google ilə birlikdə” platformasında uğurlu ol bölməsi yerləşdirilib.

Layihə şəxsi və karyera həyatında inkişafı üçün özündə treyninq, təhsil proqramı və konfransları ehtiva edəcək.

Layihə əsasında iki istiqamət üzrə proqram seçmək olar: Karyera və biznes. Platformada öz biznesinizi qurmaq və hobbiləriniz üzərindən pul qazanmağın yolları haqqında məqalələr paylaşılır. Eləcə də burada iş müsahibələrinə hazırlaşmağın yolları və iş axtarışına dair də tövsiyələr yer alır. Maraqlı bir CV hazırlayın və iş müsahibəsində nə deyəcəyinizi planlaşdırın.

Platforma Sber ilə birlikdə qadın sahibkarlar üçün təhsil kursları təşkil edəcək.

IT sahəsində olan qadınlar üçün Google, International Women’s Day Conference-nı və Women Developer Academy-ni təşkil edib.

İlham axtaran qızlar “Özünə inan” layihəsində iştirak edə bilərlər. Burada siz öz şəxsi biznesinizin yaradılması və inkişafı üçün ilham ala bilərsiniz.

Saytda, həmçinin, motivasiya pleylisti də yaradılır: Orada analıqdan tutmuş, biznesin müxtəlif sahələrinədək uğurlu olan qadınlar haqqında müsahibələr hazırlanır.

Layihəni ərsəyə gətirənlər, söz verirlər ki, onlar davamlı olaraq bu bölməni yeniləyəcəklər və burada daha faydalı proqramlar əlavə ediləcək. Daha əvvəl Google qadınlara və Asiyalılara qarşı diskriminasiyasına görə 3,8 milyon dollar cərimə edilmişdi. Qalmaqal isə ona görə idi ki, əməliyyat sistemini hazırlayan qadınlar, eyni pozisiyada olan kişilər ilə müqayisədə daha az maaş alırdılar.

© Facemark