İDMAN

03 Fevral

Ölkəmizdə əlil arabasında basketbol idmanının inkişaf etdirilməsinə başlanılıb

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) əlil arabasında basketbol idman növünün inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərə başlayıb.

AMPK-dan bildiriblər ki, bununla əlaqədar milli komandaya idmançıların seçiminə start verilib. İdmanın bu növü üzrə milli komandaya əzələ gücünün və hərəkət diapazonunun zəifliyi, minimum bir ayağın atetozu və ya ataksiyası, aşağı ətrafların hər hansı hissəsinin amputasiyası və ayaqların uzunluğunda fərq olan şəxslər müraciət edə bilərlər.

© AZƏRTAC