İDMAN

29 Yanvar

\"Tottenhem\" icarəyə götürdüyü futbolçunu transfer etdi

"Tottenhem" "Betis"dən icarəyə götürdüyü Covani Lo Çelsonu birdəfəlik alıb.

Fins.az goal.az-a istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Britaniya mətbuatı "Tottenhem"in 23 yaşlı oyunçu üçün ümumilikdə 51 milyon funt sterlinq ödədiyini yazıb.

Qeyd edək ki, Lo Çelso bu mövsüm 20 matçda oynayıb və 2 qol vurub.