Əsas xəbərlər
Petkim Star neft emalı zavodunun 18%-ini SOCAR-dan almağı planlaşdırır Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Prezidentdən mikro və kiçik sahibkarlara dəstəklə bağlı – Fərman Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edildi Anar Məmmədov:STAR Neft emalı zavodunda bu gün 28 növ xam neftin testini eləmişik Azərbaycanda bank sektorunun kredit qoyuluşları 11,5% ARTIB Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB Uludağda Yeni İl MACƏRASI Gömrük Komitəsi büdcə öhdəliyinə 111,19% əməl edib-SƏDRDƏN AÇIQLAMA 12 səhmdar cəmiyyətin dövlətə məxsus səhmləri satışa çıxarılır “Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir Gəncədə LED lampaları fabriki açılacaq-DEKABRDA Gəncədə soyuducu zavodu açılacaq Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib TuranBank-dan “İlin fürsəti” nağd kredit kampaniyası DİM-də dekabrın 4-də SAT imtahanı keçiriləcək Belçikada təqaüd proqramına sənəd qəbulu davam edir FBI Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə edə bilir ETSN: Yaxın saatlarda hava şəraiti dəyişəcək Səudiyyə Ərəbistanı bu ölkənin Mərkəzi Bankına 3 milyard dollar yerləşdirəcək “İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərinə səbəb olub “SpaceX” müflis ola bilər “Omikron” artıq 20 ölkəyə yayılıb Laçının işğaldan azad edilməsindən bir il ötür Yen bahalaşıb, Avstraliya dolları dəyər itib Zəngilan Hava Limanının uçuş-eniş zolağının ərazisi minalardan təmizlənib Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb İlon Mask yeni Tesla məhsulunu – “kiber fit”i təqdim etdi Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb Avropa Enerji Birliyinin rəhbəri Serbiya üçün qazın qiymətini inanılmaz adlandırır AccessBank Qarabağın dirçəlişinə dəstək olur Bu gün OPEC+ ölkələrinin nazirlərinin toplantısı keçiriləcək Azərbaycan nefti UCUZLAŞIB OPEC-in iclası ərəfəsində neft 2%-dən çox bahalaşıb Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb ABŞ birjalarında eniş Ərdoğan: Biz faiz dərəcəsini aşağı salırıq, inflyasiyanın azaldığını görəcəyik ABŞ bank sektorunun mənfəəti təxminən 36% artıb Azərbaycanın sığorta bazarı 12% böyüyüb Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib – FOTO Gömrük ödənişlərindən yayınan şəxslərin sayı AÇIQLANIB Nubank IPO-nun dəyərini 40 milyard dollardan çox azaldıb “Azərtütün”-lə bağlı investisiya müsabiqəsinin qalibi bu şirkət oldu-8 mln 200 min manatlıq köçürmə Helikopter qəzasında həlak olanların SİYAHISI Goldman Sachs Türkiyənin 2021-ci il üçün artım proqnozunu yüksəldir Azərbaycanda bu şirkət investorlardan 4 milyon manat cəlb etmək niyyətindədir “Omikron” ştamı Azərbaycanda ciddi narahatlıq doğurur – RƏSMİ Rusiya Mərkəzi Bankının faiz artımına dair göstərişi “Gənclərin biznes emalatxanası” layihəsinə start verildi Kristal Abşeron işçi axtarır Mobil bankinq təhlükələri kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir? Onlayn biznes krediti zirvədədir Zaur Qəhrəmanov: Azərbaycan Avropaya 7 milyard kubmetr qaz ixrac edib Nazir sosial ödənişlərdə olacaq artımdan danışdı Azərbaycan Türkiyə sığorta bazarına inteqrasiya edir “Yelo Bank”-ın rəhbəri: Bizim bankda rəsmi dollar alışında ciddi fərq yoxdur İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alınıb “Nar” milli internet resurslarına dəstək olur Gəlirliliyi 12,5% olan istiqrazlar satılacaq – anderrayter “AzFinance İnvestisiya Şirkəti”-dir Bakıda koronavirusa görə bağlanan iki məktəb açıldı Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib Dubay hökuməti Emirates-in IPO-sunu nəzərdən keçirir – aviaşirkətin prezidenti Vüqar Bayramov: Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır Yeni İl Bakurianidə – 198 dollardan başlayan qiymətlərlə AccessBank işçilər axtrır COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb Azərbaycan bankları bu gün 140 milyondan çox dollar aldı Azexport.az portalına 398,7 milyonluq ixrac sifariş Zaur Qəhrəmanov: İnvestisiyaların ümumi dəyərinin 19,5 mlrd. dollara çatacağı gözlənilir BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur – SİYAHI Ən çox bu 5 ölkədən ixrac sifarişi daxil olub “Azərkosmos”-dan 39 milyon dollarlıq xidmət ixracı Azərbaycanda ən çox mal ixrac edən özəl şirkətlər-TOP 10 Azərbaycan qeyri-neft sektoruna aid hansı məhsulu daha çox ixrac edib? Zamanınızı dəyərləndirin Əcnəbilərin Azərbaycanda bank kartı ilə xərcləmələri 5 dəfə artıb Azərbaycanın qeyri-neft ixracı 42% ARTIB Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda nə qədər elektrik enerjisi istehsal edilib? Povel: Omicron iqtisadi risklərin və inflyasiya qeyri-müəyyənliyi artıracaq PASHA Life işçi axtarır Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Ziya Əliyev: “Bir bankın öz öhdəliyini yerinə yetirməməsi yoluxucu digər banklara təsir edir” Kəlbəcərin Qılınclı kəndinin görüntüləri – VİDEO Mərkəzi Bank rəsmisi: Əsas məqsədimiz maliyyə sabitliyini qoruyub saxlamaqdır Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Avropa fond bazaralarında indekslər YÜKSƏLİB Neft BAHALAŞDI Azərbaycan qeyri-neft sənaye məhsulları hansı ölkələrdə satılır? Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Bu sənaye parklarına 40 mln. manatlıq layihələr təqdim edilib-Mikayıl Cabbarovdan AÇIQLAMA “Həmin bankların özləri də bilirlər ki, kibertəhlükəsizliklə bağlı ciddi problemləri var” İndi al sonra ödə Enerji böhranı Qazprom-un xeyrinə olub-REKORD GƏLİR Zakir Nuriyevdən“Rabitəbank”-ın investisiya şirkəti ilə bağlı AÇIQLAMA İtaliya tənzimləyicisi “Google” və “Apple”ı $11.2 mln. cərimələyib Azərbaycanda bu proqram təminatının milli adlı blud versiyası hazırlanır Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir Renault qeyri-adi 4 modelini hazırlayıb Dünya Turizm Təşkilatı: “Turizm 2023-cü ildən tez bərpa olunmayacaq” Azərbaycanda dərmanlar ucuzlaşa bilər Tural Məmmədov: Problem bankların sistemlərində deyil.. Hesablama Palatası Elmin İnkişafı Fondunda nöqsanlar aşkar edib SOCAR: “Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək – VİDEO Ağdam Sənaye Parkında nə qədər ərazi minalardan təmizlənib ASAN Xidmət tender elan edir Temperatur 5-7 dərəcə aşağı enəcək – ƏHALİYƏ XƏBƏRDARLIQ Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib Dünya bazarında qəhvənin qiyməti son 10 ilin ən yüksək həddinə çatıb

Fuad İsmayılov: “Atəşgah” Sığorta Şirkəti hədəflərinə çatdı – MÜSAHİBƏ

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyəti Sədrinin müavini Fuad İsmayılov Fins.az-a müsahibə verib. 

Müsahibəni təqdim edirik:

Bəzi sığorta şirkətləri bəzi avtomobilləri sığortalamaqdan imtina edib. “Atəşgah“ sığorta şirkətində bu barədə vəziyyət necədir?

İcbari sığorta növləri üzrə müvafiq lisenziyaya malik olan sığorta şirkətlərinin hər hansı bir icbari sığorta növü üzrə məhdudiyyətlər təyin etməsi düzgün deyil. “Atəşgah” Sığorta Şirkəti də öz növbəsində icbari sığorta növləri üzrə müvafiq lisenziyalara malikdir. Şirkətimiz sistemini təkmilləşdirmək və müştərilərimizin icbari sığorta növlərini rahat, əlçatan və çevik şəkildə əldə etməsi naminə daim çalışır. Belə ki, müştərilərin rahatlığını düşünərək, zamana qənaət etməsi üçün onlayn sistemlər də yaratmışıq. Müştərilər nəinki canlı şəkildə satış ofislərimizə yaxınlaşaraq sığorta məhsullarımızı əldə edə bilə, eləcə də sosial şəbəkələr, WhatsApp və veb səhifəmiz vasitəsilə onlayn şəkildə müraciət edib sığorta məhsulunu əldə edə bilərlər. Əfsuslar olsun ki, bir sıra vətəndaşlarımız texniki səbəblərdən dolayı onlayn məhsul əldə etməkdə çətinlik çəkirlər. Bu kimi müştərilərimiz üçün satış ofislərimiz də xidmət göstərməkdədir.

Həmçinin, NVSMMİS növü üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xüsusi texnika sığortalanarkən həmin nəqliyyat vasitələri barədə olan məlumatlar, həmçinin sahibkarın müvafiq göstəriciləri vətəndaşlar tərəfindən sistemdə səhv qeyd olunması faktları mövcuddur. Bu halda isə, vətəndaş fiziki şəxs kimi qeydiyyatdan keçməklə tarifin düzgün hesablanmamasına səbəb olur, həmçinin sığorta hadisəsi üzrə tənzimləmə prosesində problemlər yaranır. Bu kimi nüansların olmaması üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların satış ofislərinə yaxınlaşaraq müvafiq sənədləri təqdim etməklə  sığorta məhsulunu əldə etməsi daha məqsədəuyğundur.

Şirkətdə kadr islahatları baş verir? Baş verirsə, bu nə ilə bağlıdır? Baş vermirsə, gözlənilirmi?

Hər zamankı kimi, “Atəşgah” Sığorta Şirkəti öz insan resurslarına böyük önəm verir və əsas dəyəri kimi insan resurslarını hər zaman öndə tutur. Kadr islahatları ilə bağlı qeyd etmək istərdim ki, hər il olduğu kimi, bu il də sözügedən məsələ ilə əlaqədar müvafiq planlar mövcud idi. Hər ilin sonu “Atəşgah” Sığorta Şirkətində kadr islahatları ilə bağlı müvafiq planlaşdırma həyata keçirilir, ehtiyaclar araşdırılır və növbəti il üçün bununla bağlı planlar tərtib olunur.

Bu il Şirkətimizdə kadr ehtiyatının formalaşması, struktur bölmə rəhbərlərinin əvəzedicilərinin formalaşması, onların peşəkar biliklərinin, dünya görüşlərinin, liderlik qabiliyyətlərinin inkişafında mühüm addımlar atılıb. Bundan əlavə, şirkət daxilində istedadı, peşəkarlığı, liderlik qabiliyyətləri və digər xüsusiyyətləri ilə seçilən əməkdaşlara təlimlər keçirilmişdir. Bir əsas nüansı vurğulamaq istərdim ki, biz şirkətdaxili olan aparıcı vəzifələrə Şirkətdə çalışan mövcud əməkdaşların təyin edilməsinə daha çox üstünlük veririk. Mövcud vakansiyalara layiqli namizədlərin seçilməsi üçün şəffaf kadr islahatları siyasəti və sistemi mövcuddur. Bunun üçün insanın loyallığı, peşəkarlığı, dünya görüşü, liderliyi, bir sıra zəruri qabiliyyətləri, eləcə də, Şirkətin missiya, vizyon və strategiyasını dərk edərək, digər əməkdaşlara da təbliğ etmə bacarığının olması böyük rol oynayır.Qeyd etmək istəyirəm ki, əməkdaşlarımızı ilk gəldikləri gündən etibarən planlaşdırılmış şəkildə təlim və tədris ilə təmin etməyə çalışırıq. “Atəşgah” Sığorta Şirkətini əməkdaşlarının iş saatlarının bir hissəsi mütləq şəkildə təlimlərə və onların fərdi inkişafına ayrılmışdır.

Hazırda sığorta bazarında vəziyyəti necə dəyərləndirərdiniz? Sığorta sektorunda nə çatmır? (Kadr, maliyyə, təcrübə və.s)

Qeyri-neft sektorunun, maliyə bazarlarının inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti göz qabağındadır. Belə ki, dövlət rəhbərliyinin atdığı addımlar, qəbul etdiyi qərarlar, normativ aktlar, müvafiq dəyişikliklər bu sektorun inkişafına birbaşa təsir edən addımlardandır. Bu gün Mərkəzi Bank başda olmaqla, bu quruma nəzarət edən, birbaşa və ya dolayı yol ilə təsir edən orqanlar öz fəaliyyətlərində dövlət rəhbərliyinin siyasətini əsas tutaraq müvafiq addımlar atırlar. Sektorun inkişafına yönəlmiş dəyişiklikləri, yenilikləri hər birimiz ilbəil müşahidə edirik. Lakin, bu qərarların icrasının operativliyini artırmağa, gözəçarpan şəkildə inkişafı hiss etməyə potensiallar hələ də kifayət qədərdir. Bununla bağlı qeyd etmək istərdim ki, sığorta sektorunda sığorta şirkətlərinin təşəbbüskarlığı olsa, bu qərarların icrasında həmrəy və həmfikir olsalar, o zaman bu sektorun inkişafı daha da gözəçarpan olar.

Təqdirəlayiq addımlardan birini vurğulamaq istərdim ki, son dövrlərdə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosasiyasının birgə fəaliyyəti, təşəbbüskarlığı bu istiqamətdə birgə atdığı addımlar inkişafa gətirib çıxaran faktorların tezləşməsinə xidmət edir. Son dövrdə şirkətimizin, eləcə də digər şirkətlərin iştirak etdiyi sığorta sektorunun inkişafına istiqamətlənmiş  ASA (Azərbaycan Sığortaçılar Assosasiyası) ilə Mərkəzi Bankın aktiv birgə fəaliyyət tədbirlərini qiymətləndirirəm.

Düşünürəm ki, Azərbaycanın Sığorta Şirkətləri tərəfindən bazarda olan problemlərin müzakirə olunması, aradan qaldırılmasına yönəlik tədbirlər planının hazırlanması, əhalidə sığorta sektoruna olan inamın artırılması istiqamətində MB və ASA tərəfindən atılan addımlar növbəti illərdə fayda verəcək.

Sığorta təhsilinin olması bazardakı vəziyyəti nə qədər yaxşılaşdıra bilər?

Bu sualı bir misal ilə cavablamaq istəyirəm. Misal konkret sığorta sahəsində deyil, lakin vətəndaşların özlərini peşəkarlara həvalə etməsinə aid real misaldır. Yaponiyada insanların aktivliyi, işgüzarlığı, həyat fəallığı həddindən artıq yüksəkdir. İnsanlar burada işə gedib-gələrkən metrolardan geniş şəkildə istifadə edirlər. Metro stansiyalarında bir ara həddindən artıq çox tıxac insanların işə gecikməsinə və s. narazılaqlara səbəb olurdu. Yapon mədəniyyətinə görə insanların bir-birinə toxunması onların şəxsi zonasına daxil olmaq kimi qiymətləndirilirdi və insanlar bunu qəbul etmirdilər. Beləcə, həddindən artıq çox tıxaclar yaranırdı. Bu problemi aradan qaldırmaq üçün  Yaponiyanın metropoliteni xüsusi bir funksional yaratdı. Belə ki, xüsusi forma geyinmiş bir qrup şəxs tıxac zamanı metro vaqonlarında sərnişinlərin sıxlığına nəzarət edirdi. Onların əsas funksionalları insanları  vaqonlara yerləşdirməkdən ibarət idi. Artıq metroda sərnişinlər bu şəxslərə peşəkar kimi yanaşdığı üçün onlara etibar edirdilər. Yaranan etibardan dolayı həmin şəxslərin sərnişinlərə toxunması onlarda qıcıq yaratmırdı. Düşünürdürlər ki, bu onların peşəsidir və sadəcə vəzifələrini icra edirlər. Bu atılan addım Yaponiyada gecikmələrin və tıxacların qarşısını almağa gətirib çıxardı. Bunu ona görə qeyd edirəm ki, hər bir sahədə insanlar özlərini peşəkarlara etibar edirlər. Sığorta təklifini edən əməkdaş və ya sığorta nümayəndəsi satdığı məhsul, onun faydaları və s. barədə insanlara ətraflı, düzgün peşəkar və savadlı şəkildə məlumat təqdim etsə, bu, insanlarda sığortaya marağın və etibarın artmasına şərait yaradacaq.

Bu ilin sonuna qədər olan yeni layihələriniz haqqında məlumat verərdiniz zəhmət olmasa.

Qeyd etmək istəyirəm ki, “Atəşgah” Sığorta Şirkəti hal-hazırda fəaliyyətini 2019-2021-ci illər üçün tərtib etdiyi strateji planlaşdırmağa əsasən aparır. Həmçinin bu strateji planlaşdırmanın hədəflərimizə çatmaqla bağlı hər il illik hədəflərə çatılıb-çatılmaması təhlil olunur və ona uyğun müvafiq dəyişikliklər edilir, addımlar atılır.

Ümumiyyətlə ötən 3 il ərzində strateji planlamamızda bir sıra hədəflərimiz var idi. Pandemiya şəraitinin strateji planlamada olan hədəflərə çatmağa qarşı maneələr yaratmasına baxmayaraq, ümumilikdə “Atəşgah” Sığorta Şirkəti hədəflərinə çatdı və maliyə göstəriciləri strateji planlamaya uyğundur. Həmçinin, pandemiyanın yaratdığı şəraitlərdən yararlanmağa da çalışdıq. Belə ki, görüşlərin təxirə salınması və onlayn iş rejimi şəraitində biz onlayn texnologiyalarımızın inkişaf etdirilməsinə, Şirkətin əməkdaşlarının onlayn təlimlər nəticəsində bilik və bacarıqlarını artırılmasına üstünlük verdik.

Bu ilin əsas hədəflərindən biri, bu il üçün nəzərdə tutulmuş həm maliyə göstəriciləri, həm əməkdaşlarımızın peşəkar biliklərini artırmaq üçün atılmalı olan bir sıra addımlardan ibarətdir. Həmçinin bizim 3 illik strategiya yekunlaşdığından, il sonu “Atəşgah” Sığorta Şirkətinin yeni 3 illik (2022-2024) strategiyasını müəyyənləşdirmək, hazırlamaq və əməkdaşları növbəti ilin əvvəlində yeni strategiya ilə tanış etmək olacaqdır. Təbii ki, ötən dövr ərzində, pandemiyanı kənara qoysaq, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad etdiyimiz torpaqlarda qısa müddət ərzində görülən abadlıq işləri bizi gələcəkdə daha böyük layihələrə imza atmağa sövq edir.

Sonuncu dəfə hansı sığorta dələduzluğu ilə qarşılaşmısınız?

Sığorta sahəsi elə sahədir ki, mütləq şəkildə dələduzları özünə cəlb edir. Amma bir çox insanların sığorta sahəsində kifayət qədər savadlı olmaması, qanunvericiliyin tələblərini bilməməsi, hüquqi biliklərin az olması onların atdığı addımların nəticələrini bilməmələrinə, xırda və orta sığorta dələduzluqlarını etməyə gətirib çıxarır.

Daha tez-tez rast gəlinən dələduzluqlardan insanların əvvəlcədən planlaşdırılmamış, qəsdən törədilməmiş sığorta hadisələrini misal gətirmək olar. Belə ki, hadisə nəticəsində vətəndaşlar belə fikirə gəlirlər ki, onlar sığorta şirkəti hesabına dəymiş zərəri ödəyə və ya dəymiş zərərin miqdarını artıraraq daha çox ödəniş ala bilərlər. Bu kimi sığorta hadisələri mütəmadi baş verir və düşünürəm ki, hər bir sığorta şirkətinin təcrübəsində belə hallar yaşanır. Sığorta şirkətlərinin müvafiq qurumları öz peşəkarlıq səviyyələrindən asılı olaraq, bu kimi dələduzluq hallarının qarşısını alırlar.

Təhlükəli sığorta dələduzluqları isə əvvəlcədən planlaşdırılmış və sığorta şirkətindən bilərəkdən ödəniş almaq məqsədilə, imitasiya yoluyla sığorta hadisəsinin müvafiq orqanlarla rəsmiləşdirilməsi və nəticədə ödənişin alınmasıdır. Sırf bu hadisələrlə bağlı qeyd edə bilərəm ki, 1 ay öncə regionlarımızdan birində bu sahə üzrə “ixtisaslaşmış” bir qrup tərəfindən sığorta hadisəsinin imitasiya olunması, daha sonra müvafiq dövlət qurumu nümayəndələrini bu işə cəlb etməklə həmin sığorta hadisəsinin sənədləşməsi nəticəsində sığorta şirkətindən ödənişin alınması ilə bağlı araşdırmamız oldu. Araşdırma nəticəsində Şirkətimizin müvafiq qurumu sözügedən regiona ezam olundu, həmin sığortalılar tərəfindən bir neçə il ərzində törədilən hadisələr təhlil olundu, xüsusi ekspertiza tərəfindən hadisələrin imitasiya olunma şübhələri aydınlaşdırıldı və bu sahədə xüsusi təhsilli ekspertlər tərəfindən həmin sığorta hadisələrinin imitasiya olunması təsdiqləndi. Dərhal həmin hadisələr barədə Respublika Prokurorluğuna müraciət olundu.

Güman edirik ki, hər bir sığorta şirkətinin bu sahədə atdığı addımlar insanların maariflənməsinə, bu kimi sığorta dələduzluqlarının azalmasına və müştərilərdə sığorta məsuliyyəti hissinin yaranmasına gətirib çıxaracaq.

Tuncay Türbəndəzadə

SHARE THIS STORY

FacebookTelegramTwitter