Fins

18 May

USAİD-in Azərbaycandakı nümayəndə heyətinin rəhbərindən ölkəmizdə qadınlara yaradılan biznes imkanları barədə açıqlama

Biz inanırıq ki, qadın sahibkarlar milli iqtisadiyyatın mühüm aparıcı gücü ola bilərlər.

"Fins.az" xəbər verir ki, bunu USAİD-in Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Dr. Caidev Sinq bunu  “SHE Congress"-də çıxışı zamanı deyib.

O bildirib ki, qadınların iqtisadi səlahiyyətlərinin artırılması ölkənin ümumi inkişafına töhfə verə biləcək ən mühüm vasitələrdən biridir.

Dr Caidev qadınlar üçün ölkəmizdə yaradılan biznes imkanlarına toxunaraq "USAID qadınların biznes və peşəkar assosiasiyalarının və sahibkarlıq potensialının inkişafını dəstəkləyir və iqtisadi islahat proqramlarının önə sürmək üçün onların biznes və iş yerlərində əhəmiyyətini təbliğ edir. Qadınların iqtisadi imkanlarının genişləndirilməsi haqqında danışarkən, maliyyə və bilik də daxil olmaqla, resurslara bərabər çıxış və nəzarətdən, həmçinin kişilərlə bərabər layiqli işlərə və ümumi məşğulluğa çıxışdan danışırıq. Biz inanırıq ki, qadın sahibkarlar milli iqtisadiyyatın mühüm aparıcı gücü ola bilərlər,"-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva