DÜNYA

06 Avqust
11

Bu bankın müştəriləri artıq "QR Kod" ilə mağazalarda ödəniş edə biləcək

"Sberbank" mağazalarda QR kod vasitəsi ilə ödəniş həyata keçirməklə bağlı xidmət istifadəyə verib. QR kod vasitəsi ilə ödəniş “SberBank”-ın “SberBank Onlayn” mobil əlavəsi vasitəsi ilə həyata keçirləcək. Fins.az “RBC”-ya istinadən xəbər verir ki, bu barədə bankdan açıqlama verilib. Açıqlamda bildirilir ki, bu xidmət 2019-cu ilin sonuna kimi bank tərəfindən aktivləşdirləcək.

QR kod vasitəsi ilə ödəniş həyata keçirmək üçün “ Sberbank”-ın müştərisi təqdim edilmiş mobil tətbiqdən istifadə edərək xüsusi olaraq göndərilmiş QR kodunu skan edə biləcək, kassirlər isə öz növbəsində alış məlumatlarını hüquqi şəxslər üçün Sberbank Business Online korporativ tətbiqetməsində görəcəklər. Bankın bu xidməti aktiv etməsindən sonra digər bankların da müştəriləri “Sberbank”-da göstərilən "QR ödəniş" xidmətindən istifadə etməyi üçün xidmət inkişaf etdiriləcək.

Müəllif:Aynur Qəniyeva