DÜNYA

27 May

Sanksiyalara baxmayaraq, Ələkbərovun oğlu yenə liderdir

Azərbaycan əsilli milyarder Vahid Ələkbərov son zamanlar üzləşdiyi problemlərə baxmayaraq, onun oğlu Yusif Ələkbərov Rusiyanın ən varlı varisi olmağa davam edir.

“Fins.az” xəbər verir ki, “Forbes” nəşri rusiyalı milyarderlərin ən varlı varislərinin siyahısını tərtib edib.

Siyahıya Yusif Ələkbərov başçılıq edib. Onun sərvəti 21,4 milyard dollar olaraq qiymətləndirilir.

İkinci pillədə “SUEK” və “Evroxim” şirkətlərinin sahibi Andrey Melniçenkonun övladları Tara və Adrian yer alıb. Onların hər birinə atalarının sərvətinin 11,35 milyard dolları düşür.

Xatırladaq ki, Yusif Ələkbərov daha əvvəl də bir neçə dəfə Rusiyanın ən varlı varisi olaraq siyahıya başçılıq edib.