DÜNYA

20 Sentyabr

Dünyanın əsas uran istehsalçıları müəyyənləşib - TOP-5

Qazaxıstan 2020-ci ildə dünyada ən çox uran istehsal edən ölkə olub. Ötən il ölkədə 19,8 min ton uran istehsal edilib və bu, qlobal uran istehsalının 41%-ini təşkil edib.

2020-ci ildə Avstraliya 6,2 min tonluq istehsalla ikinci olub. Üçüncü pillədə Namibiya qərarlaşıb (5,41 min ton), dördüncü isə Kanada olub (3,88 min ton). Özbəkistan 3,5 ton ilə dünyada beşincidir.

WNA bildirir ki, Qazaxıstanın uran ehtiyatları 907 min ton həcmində qiymətləndirilir və bu, qlobal ehtiyatların 15%-inə bərabərdir.

Qeyd edək ki, Qazaxıstan uranı əsasən üç ölkəyə – Çin, Rusiya və Kanadaya ixrac edir.

© APA