DÜNYA

04 May

ABŞ, Amazon, Facebook, Google-a vergi tətbiq edən ölkələri təhdid edir 

Bir çox dövlət Amazon, Facebook, Google kimi elektron dünyanın nəhənglərinə qarşı vergilər tətbiq edirlər. Bu şirkətləri təmsil edən lobbi qrupları dövlətləri bu verginin ləğv edilməsi üçün masaya dəvət edib.

Fins.az xəbər verir ki, Kompüter və Rəabitə Sənayesi Birliyinin (CCIA) vəkili Rachael Stelly, ABŞ Ticarət Nümayəndəliyinə (USTR) Bazar ertəsi günü verdiyi məlumatda, Avstriya, Hindistan, İtaliya, İspaniya, Türkiyə və İngiltərənin tətbiq etdiyi vergilərin ABŞ şirkətlərinə xərcinin 3,1 milyard dollar olduğunu bildirib.

ABŞ Ticarət Nümayəndəliyi, bu həftə planlaşdırılan görüşlər nəticəsində söz mövzusu ölkələrə, 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsinə uyğun olaraq illik 1 milyard dollara çata biləcək tarif tətbiq edə biləcəyi ni açıqlayacaq. Belə ki, dövlətlər verilərdə geri addım atmasalar, ABŞ-a gələn İtalyan qalstuklarından İspan ayaqqabılarına, Türkiyə xalçalarından İngilis gözəllik vəsaitlərinədək çoxlu sayda məhsula illik 25%-ə çatan vergi tətbiq edilə bilər.

CCIA, ABŞ Ticarət Nümayəndəliyinə, "bu ölkələri dayandırmaq üçün əlindəki vasitələri istifadə etmək və digər ölkələrə güclü bir mesaj göndərmək" çağırışını da edib.