DÜNYA

31 Yanvar

İtaliyada koronavirusla bağlı fövqəladə vəziyyət elan olundu

İtaliyanın Nazirlər Şurası qeydə alınmış iki koronavirusa yoluxma faktı ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Xəstəlik Romaya səfər etmiş iki çinli turistdə aşkarlanıb.

Hadisə ilə əlaqədar olaraq, İtaliyanın Səhiyyə naziri Roberto Speranza da Çinə uçuşların dayandırılmasını əmr edib.